Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Layihəyə kömək edə bilərsiniz, məlumatları yeniləyin və şablonu çıxarın. |
Səbuhi Vaqif oğlu Rəcəb, (d. 1982-ci il 20 oktyabr, Bakı) Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu üzrə sabiq vitse-prezident və peşəkar idmançı.
Səbuhi Rəcəb | |
---|---|
Səbuhi Rəcəb Vaqif oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Səbuhi Vaqif oğlu Rəcəb 20 oktyabr 1982-ci ildə Bakı şəhərində anadan olub.[1] 1989-ci ildə Bakı şəhərinin, Qaradağ rayonunun 228 saylı orta məktəbinə daxil olmuşdur və 1999-cu ildə əla qiymətlərlə məktəbi bitirəndən sonra 461 ball toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olunub. 2003-cü ildə həmin ixtisası üzrə fərqlənmə ilə bakalavr diplomu aldı və maqistraturaya qəbul olundu. 2005-ci ildə fərqlənmə ilə maqist dərəcəsini aldı. 2005-2006-cı illər ərzində Mərkəzi Ordu İdman Klubunun tərkibində hərbi xidmətini başa vurub.
Ailəlidir. iki oğlan və iki qız övladı var.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləmişdir. Peşəkar idmançıdır. 2007-ci ildən biznes fəaliyyəti ilə məşğul olur. Hal-hazırda restoran, qida, turizm və inşaat sahəsində sahibkarlıq fəaliyyəti var. "İbrahim 2010" MMC və "12 MAY" MMC-nin prezidentidir, Gövhar Group və İMZA Media Group-un sahibidir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xeyriyyətçisidir. 2014-2015-ci illər ərzində Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti vəzifəsində olmuşdur.