Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır.[1]
Sədəf Çaxmaq | |
---|---|
türk. Sedef Çakmak | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1982 (41 yaş) |
Milliyyəti | türk |
Partiya | |
Təhsili | |
İxtisası | sosiologiya |
Fəaliyyəti | LGBT fəalı |
Vikianbarda əlaqəli mediafayllar |
Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir.
Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur.[2] O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir. Sədəf Çaxmaq Lambdaistanbul təşkilatında qoşulduğu bir layihə ilə başlayan fəallıq həyatına Sosial Siyasət, Cinsiyyət Kimliyi və Cinsi Oriyentasiyalar Təşkilatında (SPoD) dəvam etmişdir.[3] Çaxmaq SPoD təşkilatının qurucu üzvlərindən biridir və idarə heyətində işləyir.
Sədəf Çaxmaq 2014-cü ili mart ayında keçirilən yerli seçkilərdə Beşiktaş rayonunda CHP adına bələdiyyə məclis üzvü namizədi olaraq kampaniya irəli sürmüş və birinci sıra ehtiyat namizəd olmuşdur. O, məclis üzvü Ayça Ağpəkin millət vəkili namizədliyi səbəbiylə istefa verməsindən sonra ehtiyatdan əsl siyahıya keçərək bələdiyyə məclisi üzvü olmuşdur.
Sədəf Çaxmaq 2017-ci ilin oktyabr ayında Avropa Sosialistlər Partiyası nəzdində LGBT platformaları üçün nəzərdə tutulmuş Rainbow Rose şəbəkəsi sədri olmuşdur.[4]