Sədərək düzü — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində maili düzənlik. Arazboyu düzənliklərdən biri.[1]
Sədərək düzü | |
---|---|
Yerləşməsi | |
Ölkə |
Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur maili düzənliyindən ayrılır. Şimal-qərbdə Ağrı düzənliyi ilə birləşir, cənub-qərbdə isə Araza qovuşur. Allüvial və allüvial-provülial çöküntülərdən təşkil olunmuşdur. 800-940 m mütləq yüksəkliyə malik olan Sədərək düzü şimaldan cənuba və qərdbdən şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Üzümçülük inkişaf etmişdir.