Səda Fəttahoğlu

Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon27 sentyabr 2023, Bəyoğlu) — Türk aktrisası.

Səda Fəttahoğlu
türk. Seda Fettahoğlu
Doğum tarixi
Doğum yeri Trabzon, Türkiyə
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Bəyoğlu, İstanbul, Türkiyə
Vəfat səbəbi İntihar
Dəfn yeri Giresun, Domaçlı Türkiyə
Milliyyəti Türkiyə Türkiyəli
Vətəndaşlığı Türkiyə Türkiyə
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 19992023
Təhsili Bilkent Universiteti Aktyorluq fakültəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003-2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan “Çocuklar Duymasın” serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o “Muhteşem Yüzyıl”, “Sihirli Annem”, “Dolunay”, “Sular Durulmuyor” kimi seriallarda ekranlara çıxıb.

Ölümü[redaktə | mənbəni redaktə et]

Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi. Onun cənazəsi Giresunun Tirebolu rayonundakı Domaçlı qəbiristanlığında dəfn edilib.