"Sədai Kərkük Əl Riyazi (dərgi)" — ərəb dilində çap edilmiş dərgi.
"Sədai Kərkük Əl Riyazi" (dərgi) | |
---|---|
Əməkdaşlar | İsmayıl Sərttürkman, Mehmet Huseyn Dağıstani |
Təsis tarixi | 1967-ci il |
İlk buraxılışı | 1967-ci ilin fevral ayı |
Ölkə | Kərkük |
Dil | ərəb dili |
Səhifə | 66-90 |
Təsisçilik hüququ alınmadan qalın dərgi formasında və ancaq yerli idman yeniliklərinə həsr edilmiş, şəkillərlə dolu bu ərəbdilli nəşrin ilk üç sayı 1967-ci ildə, 4-cü sayı isə 1968-ci ildə nəşr edilib. Onlardan 1-ci sayı güman olunur ki, 1967-ci ilin fevralında işıq üzü görüb. Nəşrin 1, 2 və 4-cü sayları Kərkükdəki “Şimal”, 3-cü sayı isə “Cümhuriyyət” mətbəəsində işıq üzü görüb. Səhifələrinin sayı 66-90 arasında dəyişən bu nəşr İsmayıl Sərttürkman və Mehmet Huseyn Dağıstani tərəfindən dərc edilib.[1]