Sədnik Paşa Pirsultanlı

Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu; 20 may 1929, Qazaxyolçular, Dəstəfur rayonu26 avqust 2013, Gəncə) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı

Sədnik Paşa Pirsultanlı
Paşayev Sədnik Xəlil oğlu
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Gəncə
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti folklorşünas
Mükafatları "Əmək veteranı" medalı "Tərəqqi" medalı

Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi.

26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib[1].

1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.

1955-ci ilin iyul ayından "Bilik" cəmiyyətinin, 1960-ci ilin iyun ayından Jurnalistlər birliyinin, 1989-cu ilin aprel ayından Aşıqlar Birliyinin, 1998-ci ilin oktyabr ayından Azərbaycan Vətən müharibəsi veteranlar birliyinin (fəxri), 2003-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının, 2004-cü ilin aprel ayından Yazıçılar Birliyinin üzvüdür.

Almaniya Avropa Türk-İslam Birliyinin dəvəti ilə "Yunus İmrəyə sevgi ili" kutlamalarında məruzəçi kimi çıxış edib, Türkiyədə, elmi konfraslarda və simpoziumlarda iştirak edib, ali məktəblərdə dərs deyib, İranda yaradıcılıq səfərində olub. 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi", 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Kitablarının siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Lalə ,Aşıq Bəsti. Gənclik, Bakı 1969 – 55 səh, 10.000 nüsxə
  2. Yaşayan əfsanələr, Gənclik, Bakı1973 – 78 səh, 4.000 nüsxə
  3. Xəstə Qasım, Gənclik,Bakı 1975 – 64 səh, 2.200 nüsxə
  4. Yurdumuzun əfsanələri, Bakı 1976- 45 səh, 30. 000 nüsxə
  5. Nizami və folklor, Bilik, Bakı 1976- 65 səh 2.500 nüsxə
  6. Yanardağ əfsanələri, Gənclik, Bakı 1978- 160 səh, 20.000 nüsxə
  7. Azərbaycan xalq yaradıcılığının inkişafı, Bilik, Bakı 1981- 40 səh, 1000 nüsxə
  8. Nizami və xalq əfsanələri, Gənclik, , Bakı 1983- 128 səh, 4.000 nüsxə
  9. Bayatılar (toplayanlar: V. Vəliyev, S. Paşayev) Yazıçı, Bakı 1985- 200 səh, 40.000 nüsxə
  10. Azərbaycan əfsanələrinin öyrənilməsi. Bilik, Bakı, 1985-70 səh, 500 nüsxə
  11. Azərbaycan xalq əfsanələri. Yazıçı, Bakü 1985- 285 səh, 50.000 nüsxə
  12. Azərbaycan mifoloji mətnləri, Elm Bakı 1988 (toplayanlar Sədnik Paşayev, Maqbet Əhmədov, Arif Rahimov, Arif Acalov)- 180 səh 25.000 nüsxə
  13. Azərbaycan Folkloru ve aşıq yaradıcılığı (dərs kitabı) Azərbaycan Dövlət Universiteti Nəşriyyatı, Bakı 1989. - 88 səh, 500 nüsxə
  14. Azərbaycan xalq dastanlarının tədrisinə dair (metodik göstəriş) Bakı1989, səh 48, nüsxə 500
  15. XIX əsr Azərbaycan aşıq yaradıcılığı (dərs vəsaiti) Azərbaycan DPİ- nin nəşriyyatı, Bakı 1990- 98 səh, 500 nüsxə
  16. Öz səsim (şeirlər), İdeya nəşriyyatı Gəncə -1990-72 səh, 500 nüsxə
  17. Azərbaycan xalq söyləmələri, Yazıçı, Bakı- 1992- 211 səh,10.000 nüsxə
  18. Pirsultan bulağı (şeirlər) Elm, Bakı, 1994- 110 səh, 1000 nüsxə
  19. İnciçiçəyim (şeirlər) Gəncə 1996- 100 səh, 500 nüsxə
  20. Karağan Usubun lətifələri Gəncə, 1997, təkrar 2000,2001- səh 37, 1000 nüsxə
  21. Xalqın söz mirvariləri, Azərnəşr. 1999-110 səh, 500 nüsxə
  22. İlahi bir səs (şeirlər) Gəncə, 1999-110, 500 nüsxə
  23. Unnu Ağcanın lətifələri, Ekologiya nəşriyyatı, Gəncə 1999- 60 səh-500 nüsxə
  24. Ağdabanlı şair Qurban, Gənclik, Bakı 2000- 177 səh, 500 nüsxə
  25. Dabrovol Qasımın lətifələri, "Əsgəroğlu"Gəncə 2001- 62 səh, 200 nüsxə
  26. Yəhya bəy Dilqəmə el-oba məhəbbəti Bakı, Agah 2001- 105 səh, 600 nüsxə
  27. Aşıq Bəsti, Bənövşələr "Əsgəroğlu", Gəncə 2001-80 səh, 300 nüsxə
  28. Heca vəznli şeir və mənzum atalar sözləri, Gəncə, Agah, 2001-110 səh, 200 nüsxə
  29. Heca vəznli tapmacaların inkiçafı, AGAH nəşriyyatı,Gəncə, 2001-110 səh, 300 nüsxə
  30. Azərbaycan eposunun əfsanə qaynaqları, Azərnəşr Bakı 2002- 102 səh, 500 nüsxə
  31. Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə, "Pirsultan", 2002—51 səh, 200 nüsxə
  32. Qamışlı şair Rüstəm, "Laçın qaya, çal yadıma düşəndə", Gəncə, "Pirsultan", 2002- 80 səh, 300 nüsxə
  33. Yuxular olmasaydı, "Pirsultan", 2002-60 səh, 150 nüsxə
  34. Ozan-Aşıq sənətinin nəzəri məsələləri, Bakı, Ozan 2002- 208 səh, 250 nüsxə
  35. Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar. I cild, Gəncə "Pirsultan", 2002- 203 səh, 150 nüsxə
  36. Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar. II cild, Gəncə "Pirsultan", 2002- 230 səh, 100 nüsxə
  37. Bir içim nəğmə (şeirlər) Gəncə "Pirsultan", 2003-70 səh, 100 nüsxə
  38. Heca vəzninin bayatı və qoşma möcüzələri. Gəncə, "Pirsultan", 2003. 80 səh, 100 nüsxə
  39. Gəncəbasar lətifələri Gəncə "Agah" 2005-201 səh, 300 nüsxə
  40. Bir çiçək də Vətəndi, Gəncə 2005- 127 səh, 200 nüsxə
  41. Əsatirlər, əfsanələr, rəvayətlər( S.P. Pirsultanlı və digər müəlliflər) "Şərq-Qərb" 2005- 304 səh, 2500 nüsxə
  42. Mir Cəfər Bağırov yaddaşlarda "Pirsultan", Gəncə 2005-80 səh, 100 nüsxə
  43. Eldən-obadan eşitdiklərim, Gəncə "Agah" 2005- 170 səh, 200 nüsxə
  44. Yıldızdağdan əsən külək, Gəncə, 2006-100 səh, 200 nüsxə
  45. Azərbaycan Folkloruna dair tədqiqlər, Gəncə, 2006-402 səh, 200 nüsxə
  46. Publisistika və folklor,Gəncə 330 səh, 2oo nüsxə.
  47. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Elm 2007- 310 səh, 500 nüsxə
  48. Pirsultan Pinarı,( Şeirlər) "Pirsultan", Gəncə 2007-666 səh, 100 nüsxə
  49. Saz nəfəsli şeirlərim "Pirsultan", Gəncə 2007-100 səh, 200 nüsxə
  50. Aşıq Şəmşirin poetik aləminə səyahət, "Təknur", Bakı 2008- 295 səh, 500 nüsxə
  51. Azərbaycan türklərinin xalq əfsanələri, Azərnəşr 2009- 427 səh, 200 nüsxə, Azərbaycan aşıq poeziyasında möhtəşəm təcnis binalarını memarları, Azərnəşr , 2009 140 səh.
  52. “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi, Azərnəşr, 2009, 112 səh.
  53. Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi. Bakı. Azərnəşr. 2011

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]