Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Səfər Hüseyn oğlu Əliyev (29 iyun 1961, Maxta, Noraşen rayonu) — polis general-mayoru,[1] Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi.
Səfər Əliyev | |
---|---|
Səfər Hüseyn oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1961 (63 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Səfər Hüseyn oğlu Əliyev 29 iyun 1961-ci ildə Naxçıvan MSSR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.
1987–1993-cü illərdə Azərbaycan Texniki Universitetinidə təhsil almışdır.
1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
1980–1982-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.
Ailəlidir, iki övladı var.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır.
1990–1997-ci ilədək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, 1997–1999-cu illərdə Daxili İşlər Nazirliyinin Qərargahının Nəzarət-Əlaqələndirmə şöbəsində inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində çalışmışdır.
2010–2016-cı ilədək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis muavini, 2016–2022-ci illərdə Daxili İşlər Nazirliyinin Katibliyində rəis vəzifələrində çalışmışdır.
2022-ci ilin yanvar ayından etibarən Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi vəzifəsində çalışır.