Səfər Boluslu

Səfər Boluslu (Həsənov Səfər Nəsir oğlu) - el şairi

Səfər Boluslu
Həsənov Səfər Nəsir oğlu
Doğum tarixi
Doğum yeri Cinli-Boluslu, Goranboy rayonu
Vəfat tarixi
Vəfat yeri Cinli-Boluslu, Goranboy rayonu

Səfər Boluslu 1923-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Cinli-Boluslu kəndində anadan olmuşdur.[1]

1956-cı ildə Moksvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

Səfər Boluslu 1984-cü ildə Cinli-Boluslu kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[mənbə göstərin]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Səfər Boluslu gənc yaşlarından şer yazmış və bir müddətdən sonra sinədəftər el şairi kimi məşhurlaşmışdır. O şerlərini bədahətən dediyindən onun şerləri maqnitofon yazıları kimi və başqaları tərəfindən qeydə alınaraq yayılmışdır. Səfər Boluslunun şerləri Borçalıdan tutmuş Gəncəbasarda, Qarabağda, Muğanda dillərdə əzbər olmuş, toy məclislərində, şənliklərdə söylənmişdir.

Sovet dövründə S. Boluslunun şerlərinin çap olunmamasının əsas səbəbi onun öz vicdanı əleyhinə getməməsi, həmişə duyduğunu və istədiyini yazması, yeri gəldikcə də mövcud rejimi tənqid etməsi olub.

  • Səfər Boluslu. "Gəl sənə şerimlə xəritə verim"... Şerlər toplusu. "Azərbaycan" nəşriyyatı, Bakı 1997. (Tərtib edəni: Mədət Əyyuboğlu).
  1. Sərraf Şiruyə. "Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]