Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü.
Səfər Sadiqi | |
---|---|
Səfər Məmi oğlu Sadiqi | |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan |
Atası | Sadiqi Məmi |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Tanınır | Danimarka "Vətən cəmiyyəti"-nin sədri |
Mükafatları |
Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir. 1988-ci il hadisələrində və 20 yanvar hadisələrində fəal iştirak etmişdir. 20 yanvar hadisələrində yaralıları xəstəxanaya çatdırmaqla bir neçə insanın həyatını xilas edib. 1995-ci ildə "Şıxəli Company" şirkətini təsis etmiş və şirkətin sədri olmuşdur.
2001-ci ildə Danimarkaya köçmüşdür. 2007-ci ildə Danimarka Vətən Cəmiyyətini yaradaraq Hillerod şəhər bələdiyyəsindən qeydiyyatdan keçirmişdir. 2009-cu ildə Danimarkada ilk dəfə Türk dilli Cəmiyyətlər Birliyini yaratmış 2013-cü ildə isə Danimarkada ilk Azərbaycan Evini açmışdır. 2014-cü ildə Azərbaycan Evinin nəzdində Danimarkada ilk Ana dili və Azərbaycan Musiqi məktəbini yaratmışdır. Məktəbin nəzdində "Cırtdan" uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. 2010-cu ildən etibarən Danimarkada "Azərbaycanı Dünyaya tanıdaq" silsilə tədbirlərini keçirməyə başlayıb[1].
Atası Məmi Sadıx oğlu Sadiqi Cənubi Azərbaycanın Sərab mahalında anadan olub. Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Seyid Cəfər Pişəvərinin yaxın silahdaşı 21 Azər hərəkatının mayor rütbəli zabiti olub. Sonradan Bakıya köçərək burada yaşamışdır. 1964-cü ildə isə Bakıda dünyasını dəyişmişdir.
Səfər Sadiqi evlidir iki qızı dörd nəvəsi var[1].