Səfər xan Qəhrəmanian (1921, Şişəvan, Şərqi Azərbaycan ostanı – 2002) — Cənubi Azərbaycan Milli Hökumətinin fədailərindən olub. Onu 1948-ci ildə həmin hökumət devrildikdən iki il sonra həbs etmiş, İran İslam İnqilabından bir müddət sonra azadlığa buraxmışdılar. Beləliklə, siyasi əqidəsinə görə Nelson Mandeladan çox - 32 ilə qədər həbsxana həyatı sürmüşdür.
Səfər xan Qəhrəmani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şişəvan, Əcəbşir |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
İsmayıl Məmmədlinin Səfər xan Qəhrəmanlarının simasında vətənin dönməz, sədaqətli, qorxmaz,heç bir təzyiq və amansızlıqlar qarşısında müvazinətini itirməyən əfsanəvi vətən oğlunu görmüşdür. Şair bir ömrü yaşayıb xalqı üçün ədəbi şöhrət qazandıran o ölməz insan qarşısında bütün zəka və vicdan sahiblərini baş əyməyə dəvət etməkdə bir yox, min dəfə haqlı idi. O, öz qəhrəmanlarını möhtəşəm Səhəndin qayaları arasında baş qaldırıb əbədi şöhrət nəğməsi ötməsi xalqının köksündə əbədi şöhrət məşəli alovlanması ilə fəxr edir:
Şişəvan bağında açan bənövşə,
Çiçəkdi, reyhandı, güldü Səfərxan,
Səhəndin başında qaynayıb coşan,
Bulaqdı, dənizdi, göldü Səfərxan.
Məramdı, məsləkdi, yoldu Səfərxan.
Qürbətdə susndan soldu Səfərxan.
Getsə də Məmmədli, o Qəhramani,
Ömürlük qəlbində qaldı Səfərxan.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |