Səfəvi imperiyasında xristianlıq — Səfəvi imperiyası daxilində xristianların və xristianlığın vəziyyəti nəzərdə tutulur.
Səfəvi imperiyası çoxetnoslu və çoxdinli bir imperiya idi. XVII əsrdə imperiya ərazisində yaşayan xristianlar əsas olaraq 3 qrupa bölünməkdə idilər:[1]
Xristianlar əsasən imperiyanın xarici dövlətlərlə, xüsusən Avropa dövlətləri ilə ticarətlərində mühüm rol oynayırdılar. Bu ticarət fəaliyyətləri zamanı Avropa ilə yaranan tanışlıq sonradan onların imperiyanın diplomatik fəaliyyətlərinə də cəlb olunmalarına yol açdı. Həmçinin I Abbasın hakimiyyəti dövründən etibarən xristianlardan müsəlmanlığı qəbul edənlər imperiyanın müxtəlif dövlət vəzifələrində də yüksəlmə imkanı əldə etdilər. Azyaşlı ikən xristianlardan toplanan və şahın qulları kimi yetişdirilən xristian uşaqlar İslamı qəbul edir və I Abbas tərəfindən yaradılmış yeni ordu qruplaşmalarında xidmət edə bilmə imkanı əldə edirdilər. Onlar arasından məmurluq işlərində də yüksəlməyi bacaranlar olurdu.[2]