Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri.
Səfqulu Orucov | |
---|---|
Səfqulu Əziz oğlu Orucov | |
Doğum tarixi | |
Doğum yeri |
Qaradırnaq, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Sənaye İnstitutu |
Fəaliyyəti | mühəndis |
Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur [1]. 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir.
1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı. Bu əməliyyat uzun vaxt tələb edirdi.
1967-ci ildə SSRİ Neft Nazirliyi Hollandiya dövləti ilə müqavilə bağlayaraq dənizin 70 metr dərinliyinə özəl atıb dərinliyi 7 000 metrə qədər olan neft quyuları qazmaq üçün üzən qazma qurğusu almışdır. Bu qurğunun hazırlanmasında bir çox dövlətlər, o cümlədən AFR, İngiltərə, Fransa, Yaponiya, İsveçrə iştirak etmişdir.
Üzən qazma qurğusuna "Xəzər" adı verilmişdir. Səfqulu Orucov 1967-ci ildən 1971-ci ilə kimi "Xəzər" qurğusunun rəisi olaraq Xəzər dənizinin 7 000 metrə qədər dərinliyində neft və qaz yataqlarının aşkarlanması işində iştirak etmişdir.