Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səhər Hidayət qızı Orucova — filologiya elmləri namizədi (2002), filologiya üzrə elmlər doktoru (2013), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent (2005), professor (2015), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (2015), "Folklorşünaslıq" jurnalının təsisçisi (2017), AMEA-nın professoru (2018), Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru (2021)
Səhər Orucova | |
---|---|
Səhər Hidayət qızı Orucova | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru(2013) |
Elmi adı | professor (2015) |
İş yerləri | BDU-Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasında müdir, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində direktor |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi, Azərbaycan Dillər Universiteti |
Səhər Orucova İrəvan şəhərində anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub. 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 2005–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində Xarici dil (İngilis dili) müəllimi ixtisası üzrə təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. 1993–1995-ci illərdə BDU-nun Filologiya fakültəsinin "Humanitar fakültələr üzrə Rus dili kafedrası"nda laborant, 1995–1996-cı illərdə "XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi" üzrə baş laborant, 1996–1999-cu illərdə Folklor kafedrasında müəllim, 1999–2003-cü illərdə baş müəllim, 2003–2005-ci illərdə dosent əvəzi, 2005-ci ildə dosent, 2015-ci ildən professor vəzifələrində çalışmışdır. 2018-ci ildə AMEA-nın professoru adını alıb. 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktorudur.
O, BDU-nun Filologiya fakültəsində bakalavr və magistr pillələrində rus və Azərbaycan bölmələrində "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Azərbaycan dastanları", "Kitabi Dədə Qorqud" və dünya eposu" fənlərindən dərs deyir.
2002-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Azərbaycan folklorunun rus dilinə tərcümə probleminin özünəməxsusluğu (1980–1990-cı illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə "Azərbaycan folkloru materiallarının XIX əsrdə toplanılması, rus dilinə tərcüməsi və nəşri problemləri (SMOMPK-un materialları əsasında)"adlı dissertasiya mövzusuna görə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
150-dən çox elmi məqalənin, 8 proqramın və 2 kitabın müəllifidir. Onlarla kitabın redaktoru, ön söz müəllifidir. İxtisası üzrə müxtəlif Respublika və Beynəlxalq konfranslarda məruzələrlə çıxışlar etmiş, diplom, sertifikat və mükafatlarla təltif olunmuşdur. Azərbaycan folkloru və tərcüməsi onun tədqiqat sahəsidir.
Oruclu S. Azərbaycan folklorunun rus dilinə tərcüməsi probleminin özünəməxsusluğu. Bakı, Səda, 2007, 204 s.
Orucova S. Azərbaycan folklorunun toplama, tərcümə və nəşr problemləri (QƏXTMT – SMOMPK materialları əsasında). B.: "Elm və təhsil", 2012, 536 s.
Metodik göstəriş və proqramlar: 2014, Xalq oyun və tamaşaları. Magistratura təhsil pilləsi üçün proqram
2019, Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakalavr təhsil pilləsi üçün proqram
2020, Azərbaycan folklorunun janr sistemi. Magistratura təhsil pilləsi üçün proqram
2020, "Kitabi-Dədə Qorqud" və dünya eposu. Magistratura təhsil pilləsi üçün proqram
Məqalələr: 2003, Azərbaycan folklorunun kiçik janrları rus dilində // "Folklorşünaslıq məsələləri" BDU-nun folklor kafedrasının nəşri. V buraxılış, Bakı.
2003, Folklor mətninin tərcüməsində tarixiliyin və milliliyin qorunması prinsipi: // "Filologiya məsələləri" № 2, Bakı.
2004, Azərbaycan folklorunun ruscaya tərcüməsinin elmi-nəzəri prinsipləri // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XV buraxılış
2004, Azərbaycan uşaq folklorunun nümunələri- sanamalar, acıtmalar, yanıltmacalar rus dilində // "Elm və cəmiyyət- elmi məqalələr toplusu, № 1, Bakı.
2004, Азербайджанский фольклор, Программа, Баку.
2007, Azərbaycan folklorunun rus dilinə tərcüməsi probleminin özünəməxsusluğu, Dərs vəsaiti, Bakı.
2009, SMOMPKda Azərbaycan folklor materiallarının toplanması, tərcüməsi və nəşri məslələrinə bir nəzər // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. AMEA Folklor institutu, XXVIII bur., Bakı.
2010, SMOMPK məcmuəsində nəşr edilən kiçik epik janr olan lətifələrin toplanması, nəşri // Dil və Ədəbiyyat jurnalı, № 4, Bakı.
2010, Азербайджанская литература. Программа. В соавторстве с доц. С. Сафаралиевой. Баку 2011, Yuxular və yuxuyozmalar. Tərcümə. 2 ç.v. (Azad Nəbiyev. "Folklorda fasiləsiz transfer və yuxu paradiqmaları" kitabında. Bakı, "Elm və Təhsil", 336 s.)
2011, XIX əsrdə Azərbaycan folklor janrlarının SMOMPK məcmuəsində rus dilinin ilkin tərcümə prinsiplərinin formalaşma xüsusiyyətləri // "Dədə Qorqud" elmi-ədəbi toplu, Bakı, № 4
2012, Bayatı janrının tarixi və öyrənilməsi // Pyatiqorsk dövlət linqvistik universitetinin xəbərləri. Pyatiqorsk, 2012
2012, SMOMPKda çap edilmiş lirik janrlar haqqında ümumi məlumat / A. S. Puşkin adına Leninqrad Dövlət Universiteti. III beynəlxalq elmi konfransın materialları. 18 may
2012, SMOMPKda Azərbaycan uşaq folkloru / "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası". Beynəlxalq simpoziumun materialları. Tiflis
SMOMPK məcmuəsində dərc edilmiş F. Köçərlinin ("Valehin nəğməsi") və S. Zelinskinin ("Erməni aşığı Vartan Xoyskinin nəğməsi") mətnlərinin müqayisəli şərhi // Dil və Ədəbiyyat. Bakı.
2012, SMOMPK məcmuəsində müxtəlif illərdə dərc edilmiş "Gəlin gedək Xoruzlunun düzünə ("Rüstəm") adlı Azərbaycan xalq mahnısının müqayisəli təhlili. // Filologiya məsələləri, № 9, Bakı.
2012, Qarabağ xalq mahnıları və şikəstələri SMOMPK məcmuəsində / "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda respublika elmi konfransının materialları, 26 dekabr 2012-ci il, Bakı.
2012, "Qaçaq Nəbi" SMOMPK məcmuəsində // Dil və Ədəbiyyat", № 1, Bakı.
2012, SMOMPK məcmuəsində Azərbaycan xalq qəhrəmanlıq mahnıları // Folklorşünaslıq məsələləri, Bakı.
2012, SMOMPK məcmuəsində dərc edilmiş kiçik lirik janrlar haqqında ümumi məlumat / Ədəbi mətn XX əsrdə: poetika problemləri: V beynəlxalq elmi-praktik konfrans. Çelyabinsk.
2013, Toplama, tərcümə və nəşr problemləri SMOMPKda // Tomsk Dövlət Universitetinin xəbərləri, № 3
2013, Azərbaycan uşaq folklorunun nümunələri SMOMPKda // Tomsk Dövlət Universitetinin bülleteni, Tomsk, № 3 (ingilis dilində)
2013, Folklor toplanmasının prinsipləri ("Qafqaz xalqlarının təsvirinə dair materiallar toplusu"nun materialları əsasında) // Tomsk Dövlət Pedaqoji Universitetinin xəbərləri, Tomsk, № 17
2013, F. Köçərlinin təqdimatında sayaçı sözləri SMOMPK-da // Moskva Dövlət Pedaqoji Universitetinin xəbərləri, Moskva, № 2
2014, Mahmudbəy Mahmudbəyov- görkəmli folklorşünas kimi / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransın materialları. Bakı, s.293–294
2015, Müasir folklorşünaslığın qayğıları, problemləri və qarşıda duran vəzifələr/ Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü mövzusunda Respublika elmi konfransının materialları. Bakı: "Elm və təhsil", s.14–24
2015, Azərbaycan folklorunun toplanma və nəşrinin tarixi təcrübəsi və çağdaş prinsipləri // Folklor və Etnoqrafiya. N 2 (43)
2015, F. Köçərlinin təqdimatında sayaçı nəğmələri / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" IV Beynəlxalq elmi konfransın materialları. 5–7 may, Bakı, Mütərcim nəşriyyatı, s.355–358
2015, "Kitabi-Dədə Qorqud"un tərcümələri / "Kitabi-Dədə Qorqud"un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Türk dünyası" Beynəlxalq elmi konfransının materialları. Bakı, s.11–15
2015, Проблемы и задачи современной Азербайджанской фольклористики // Журн. "Язык и культура". Вып.18, Киев, с.591–598
2015, Особенности представления азербайджанских пословиц и поговорок в собраниях М. Махмудбекова // Журн. "Вестник ПГЛУ" с.199–205
2016, Mahmud bəy Mahmudbəyovun SMOMPK məcmuəsindəki rolu / Bakı Dövlət Universitetində "Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Filologiyanın aktual problemləri" Respublika Elmi-nəzəri Konfransın materialları. Bakı, s.29–33
2016, Uşaq oyunları SMOMPK məcmuəsində / AMEA-nın Folklor İnstitutunun "İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları" Beynəlxalq Elmi Konfransın materialları. Bakı, s.248–252
2016, "Kitabi-Dədə Qorqud" dastanında ağı janrı // "Dil və Ədəbiyyat", № 3, Bakı, s.224–226
2016, Жанр дастан у тюркоязычных народов / "Современные проблемы тюркологии: язык – литература – культура" 17–18 ноября, Москва, РУДН
2016, Мультикультурализм- историческое достояние Азербайджанского народа// "Bakı Universitetinin xəbərləri
2017, Folklor materaillarındakı antropoloji leksikanın tərcümə prosesi. Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş "Ağamusa Axundov və Azərbaycan filologiyası" Beynəlxalq elmi konfransın materialları. Bakı,2017, s.86–88.
2017, İrəvan şəhəri — toponim və etnonimi folklormaterialı kimi. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş "M. P. Vaqif və müasirlik" mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, 2017, s.175–178
2017, Qədim sənət növü-xalçaçılıq və naxış elementlər. "Folklorşünaslıq" elmi-nəzəri jurnalı, 1/2017, s.3–5
2017, Жанр дастан у тюркоязычных народов. "Dil və ədəbiyyat" (beynəlxalq elmi-nəzəri jurnal). Bakı, 2017, № 4(104), s.388–393
2017, Жанры Азербайджанского фольклора на русском языке. "Filologiya məsələləri"- Bakı, 2017, № 19, s.222–228
2017, Çərşənbələrin ilki – Su çərşənbəsi. "Azərbaycan" qəzeti, N39 (7475), 21.02.2017
2017, Od çərşənbəsi. "Azərbaycan" qəzeti, N45 (7481), 28.02.2017
2017, Yel çərşənbəsi. "Xalq qəzeti, N56 (28441), 14.03.2017
2018, Azərbaycan folklor nümunələri A. A. Bestujev-Marlinski yaradıcılığında. Filologiyanın aktual problemləri. Ümummilli lider H. Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 16–17 may, 2018-ci il, s. 31–34.
2018, Mir Cəlal yaradıcılığında folklor. Mir Cəlal-110, Bakı, 2018, s.108–113.
2018, SMOMPK-dakı folklor nümunələrinin qloballaşmada mövqeyi. "Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu" mövzusunda Beynəlxalq elmi konfransın materialları. Sumqayıt Dövlət Universiteti 04–05 dekabr 2018-ci il, s.281–283
2018, Novruz kosmoqonik və mifoloji xalq təfəkküründə. Folklorşünaslıq (elmi-nəzəri jurnal. Bakı, 2018, № 2(4), s.3–7
2018, Əmin Abid yaradıcılığında folklor. Əmin Abidin anadan olmasının 120 illik yubileyinə həsr olunan "Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri – Əmin Abid" mövzusunda respublika elmi konfransı.
2019, Nəsimi yaradıcılığında rəqəmlərin sirri-folklordan hürufiliyə gedən yol. İ. Nəsiminin 650 illik yubileyinə həsr olunan "Nəsimi və folklor" mövzusunda respublika elmi-praktik konfransının materialları. Bakı: "Elm və təhsil", 2019, 20–29 s. (172 səh.)
2019, BDU-nun 100 illik həyatında Mir Cəlalın rolu. BDU Filologiya fakültəsinin 100 illik münasibətilə "Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu" mövzusunda beynəlxalq elmi konfransının materialları. Bakı, 2019, s. 57
2019, Тенгрианство и древние племена. "Тенрианство и эпическое наследие народов Евразии: истоки и современность" VII Beynəlxalq elmi-praktik konfransın materialları. Bişkek, 2019, s.204–207
2019, Жанр дастан у тюркоязычных народов. Türkmən arxivi. Aşqabad, 2019, s.171–176
2019, Külək oyadan çərşənbə. Azərbaycan qəzeti. 57 (8080), 12 mart 2019-cu il
2019, Torpaq çərşənbəsi. Azərbaycan qəzeti. 63 (8086), 19 mart 2019-cu il
2020, Səma cisimləri ilə bağlı əfsanələrin başlıca xüsusiyyətləri. "Folklorşünaslıq" jurnalı. Bakı, 2020, N:7,8, s. 5
2020, Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN FİLOLOGİYASI" adlı Respublika virtual elmi konfransının materialları (22 may 2020), s.9–11