Səhifə düzəni

səhifə düzəni (ing. page layout) - sənədin səhifələrində mətnin və qrafikanın yerləşdirilməsi prosesi. Səhifə düzəni ilə işləyə bilən proqramlar mətnin ayrı-ayrı hissələrinin yerlərini dəyişdirə və mətn üzərində aparılan xüsusi əməliyyatları dəstəkləyə bilir; onlar bir çox cəhətdən mətn prosessorlarına nisbətən yavaş işləsələrdə, mətnin bir neçə sütuna bölünməsi, rəng ayrımı, kerninqvə sözlərin sətirdən-sətrə keçirilməsi kimi mürəkkəb əməliyyatları yerinə yetirə bilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]