Səhman Musayev

Səhman Qəşəm oğlu Musayev (29 dekabr 2000, Xanlar rayonu27 fevral 2021, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.[1]

Səhman Musayev
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 2000(2000-12-29)
Doğum yeri
Vəfat tarixi 27 fevral 2021(2021-02-27) (20 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yanacaq sobasının alışması
Vətəndaşlığı
Atası Qəşəm Musayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019–2021
Rütbə Əsgər
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Xocavəndin azad olunmasına görə" medalı — 2021

Həyatı[redaktə | mənbəni redaktə et]

Musayev Səhman Qəşəm oğlu 2000-ci il 29 dekabrda Göygöl rayonunda dünyaya göz açıb. Təhsilini 4 nömrəli orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Tovuz Dövlət Sosial-İqtisadi Kollecində, Yer quruluşu və torpaq müfəttişliyi fakültəsində təhsil alıb. 2019-cu il 3 iyulda hərbi xidmətə yollanıb.

İkinci Qarabağ Müharibəsində iştirakı və şəhidliyi[redaktə | mənbəni redaktə et]

Əsgər Səhman Musayev İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə xidmət göstərmişdir. Ağdam, FüzuliƏsgəran rayonlarında döyüşmüş, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 2021-ci il 27 fevral tarixində Ağdam rayonununda qaldığı kazarmada təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən yanğından əsgər yoldaşlarını xilas edərkən şəhid olmuşdur. Cənazəsi dəfn edilmək üçün doğulduğu Göygöl rayonuna gətirilib və orada Göygöl Şəhidlər Xiyabanında dəfn edilib.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.