Səhra torpaqları

Səhra torpaqları - Avrasiya materikinin daxili rayonlarında, o cümlədən Xəzərin şimalında, QazaxıstanMonqolustan respublikalarının ərazisində yayılmışdır. Boz-qonur səhra torpaqları bareal qurşağın ən arid avtomorf torpaqları kimi təqdim olunur. Səhraların hirdomorf torpaqları üçün takırlı və şorlaşmış torpaqlar xarakterikdir[1].

İqlimi[redaktə | mənbəni redaktə et]

Səhralar üçün yayın isti, qışın soyuq keçməsi səciyyəvidir. Orta illik temperaturu şimalda +16°C-dən, cənubda +20°-yə qədər dəyişir. Şərqqərb hissələrdə temperatur demək olar ki, fərqlənmir. +26°-30°C təşkil edir. Yağıntıların illik miqdarı 100-200 mm-dən çox deyil. Yağıntıların paylanması aylar üçün bərabər deyil: maksimum qış-yaz dövrü düşür.

Bitki örtüyü[redaktə | mənbəni redaktə et]

Səhraların xarakterik bitki örtüyü şoran kollar və efemerlerdən ibarətdir. Qumlu səhralar üçün saksaul kollar xüsusilə xarakterikdir. Səhralarda bitkilər biokütləsi orta hesabla 40-50 s\ha təşkil edir. Bitkilər səhralar yaz dövrü inkişaf edir. Quraq dövrdə bitkilərin inkişaf sönür, efemerler quruyaraq məhv olur.

Torpaqəmələgətirən süxurlar[redaktə | mənbəni redaktə et]

Lössabənzər gillicələr və qədim allüvial mənşəli çöküntülərdir. Xüsusilə bu çöküntülər Turan öndağlığında geniş yayılmışdır. Bədbak-Tala, Çu-İli dağları səthində, Qızılqumda paleozoy düvrün maqmatik və metomorfik süxurlar üstünlük təşkil edir. Bu çöküntülərin qalınlığı 10 metrlərlə ölçülür. Torpaqəmələglmə prosesinə relyefin böyük təsiri vardır. platoların düzənliklərində boz-qonur torpaqlar, aşağı terraslarda ibtidai boz-qonur torpaqlar, dağətəyi rayonlar üçün takırlar xarakterikdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İ.Ə.Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı 2014. 235 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]