Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Səidə Əli qızı Camalova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft–kimya proseslərinin texnologiyası" laboratoriyasının baş elmi işçi, texnika üzrə elmlər doktoru, dosent.[1]
Səidə Camalova | |
---|---|
Səidə Əli qızı Camalova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | texnika üzrə elmlər doktoru |
Elmi adı | dosent |
İş yerləri | AMEA, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Səidə Əli qızı Camalova 1950-ci il avqustun 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Şəhəri 7 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsininin əyani şöbəsinə qəbul olunmuşdur. 1972-ci ildə “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası” kimyaçı-texnoloq mühəndis ixtisası üzrə təhsilini bitirmişdir. 1972-1974-ci illərdə (Qiproazneft) layihə institutunda, 1974-1975-ci illərdə ADNSU-da professor T.H.Alxazovun rəhbərliyi ilə yaradılan “Ekoloji kataliz” problem laboratoriyasında təbii qazın və sənaye qazlarının tərkibində olan kükürd birləşmələrin təmizlənməsi üzrə tədqiqat işləri aparmışdır. 1975-ci ildən AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda mühəndis, 1986-cı ildən kiçik elmi işçi kimi “Neft Kimya Proseslərinin Texnologiyası” laboratoriyasında əmək fəaliyyətini davam etdirməkdədir.
S.Ə.Camalova 1978-ci ildən başlayaraq əsas elmi-tədqiqatları katalizatorların sintezi və karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə həsr etmişdir.
1989-cu ildə S.Ə.Camalova dissertant kimi “Oksigenin iştirakı ilə etan və propanın modifikasiya olunmuş manqan tərkibli katalizator vasitəsilə C2-C3 olefinlərə çevrilməsi” mövzusu üzrə elmi tədqiqat işləri apararaq, 1992-ci ildə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsialmışdır.
S.Ə.Camalovaya Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komisiyasının 2004-cü ildə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə dosent adına layiq görülmüşdür. Dünyadakı qlobal istiləşməni, ekoloji təhlükəsizliyi, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün sənayedə neft ayırma zavodlarında katalitik krekinq qazlarından istifadə edərək maye yanacağın alınmasını məqsədə uyğun sayaraq alim öz fəaliyyətini seolittərkibli katalizatorun iştirakı ilə karbohidrogenlərin katalitik üsulla çevrilməsi istiqamətində elmi tədqiqat araşdırmaları aparmışdır.
S.A.Camalovanın apardığı elmi tədqiqatlar oksid katalizatoru üzərində C3-C4 karbohidrogenlərin çevrilməsi reaksiyası, prosesin aparılma şəraitindən asılı olaraq katalizatorun məsamə struktur xarakteristikası, faza tərkibindəki dəyişikliklər öyrənilmişdir.
S.A.Camalova ilk olaraq katalitik krekinq prosesinin C3-C4 karbohidrok, enlərindən Ni, Co, Cr ilə modifikasiya olunmuş γ-Al2O3 çökdürücü və OMNİKAT-210P-də istifadə etməklə yüksək eforektiv seolittərkibli katalizator iştirakında benzinlərə əlavə üçün yüksək oktanlı komponentin alinması üçün sintez olunan katalizator sintez edərək pprosesə tətbiq etmişdir.
Sintez olunan katalizatorun üstün cəhəti ondan ibarətdir ki, onun iştiraki ilə dehidrogenləşmə həm də alkilləşmə prosesləri aparılmışdır.
Nəticədə yüksək oktanlı benzin komponentinin çıxımı artmışdır. Parafin karbohidrok, enlərinin dehidrogenləşməsi ilə yanaşı n-butanın izobutilenə izomerləşməsi də müşahidə olunaraq çenzinin (OƏ 94p) olmuşdur.
2015-ci ildə S.Ə.Camalova “Qaz emalı proseslərinin kimyası və texnologiyası”, “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə “Ni, Co, Cr ilə modifikasiya olunmuş seolittərkibli katalizator üzərində C3-C4 karbohidrogenlərinin maye yanacağa çevrilməsi proseslərinin tədqiqi və işlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
S.Ə.Camalovanın apardığı elmi-tədqiqat işlərinin nəticələri 62 məqalədə, 47 tezis, 14 patent, 2 kitab daxil olmaqla 125 elmi əsərdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 1 elmlər namizədi hazırlanmışdır.
Alim bir sıra beynəlxalq simpozium və konfranslarla yanaşı (ABŞ, Sloveniya, Rusiya, Türkiyə, Gürcüstan, Macarıstan) və s. ölkələrdə məqalələri çap edilmışdir. O, 2011-2013, 2016, 2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondu və ARDNŞ-ın maliyyə dəstəyi ilə yerinə yetirilən qrant layihələrinin iştirakçısı olmuşdur.
2004-2006-ci illərdə akademik Mirzəcanzadənin rəhbərlik etdiyi Bakıdakı 2 saylı məktəbdə pedaqoji fəaliyyətlə məşqul olmuşdur.