Səid Quliyev

Səid Qalib oğlu Quliyev (19 iyul 1997) — Azərbaycanı təmsil edən taekvondoçu.

Səid Quliyev
Şəxsi məlumatlar
Tam adı Səid Qalib oğlu Quliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
Boyu 192 sm.
İdman növü Taekvondo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səid Quliyev 1997-ci il iyulun 17-də anadan olub.

Səid Quliyev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Səid Quliyev 1/4 final mərhələsində Kolumbiya nümayəndəsi Xeisson Serrano Hoyos ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Səid Quliyev rəqibinə 8:4 hesabı ilə qalib gəldə və turnirin yarım-final mərhələsinə adladı.[1] Bu mərhələdə onun rəqibi Misir nümayəndəsi Seyf Yissa oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səid Quliyev rəqibinə 8:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Həmdə Adnan Kərim oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səid Quliyev rəqibinə 10:4 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[2] Səid Quliyev həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.

  1. 1 2 3 4 5 6 Azerisport.com idman portalı. "Азербайджанский таэквондист стал чемпионом Юношеской Олимпиады". www.azerisport.com (rus.)). 01.11.2022. 2014-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Первая победа Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.