Səid bin Əmir əl-Cümahi

Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي‎) — səhabə.

Səid ibn Əmir əl-Cümahi
Fəaliyyəti alim

Gənc Səid bin Amir əl-Cuməhi Muhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrindən biri olan Xubeyb ibn Adinin (Allah ondan razı olsun) xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi.

Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan bin Hərb, Səfvan bin Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Muhəmməddən (Allahın ona salavat və salamı olsun) şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar.

Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid bin Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə (Allah ondan razı olsun) tərəf baxmağa başladı. Onlar isə Xubeybi (Allah ondan razı olsun) taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid bin Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin (Allah ondan razı olsun) sabit və təmkinli səslə belə dediyini eşitdi:

– "Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…" Sonra o Xubeybin (Allah ondan razı olsun) Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb bin Adinin (Allah ondan razı olsun) Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü:

– "Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…". Sonra Səid bin Amir əl-Cuməhinin qövmü öz gözləri ilə Xubeybi (Allah ondan razı olsun) diri ikən tikə-tikə doğradıqlarının şahidi oldular. Onlar hər dəfə onun bədənindən bir tikə kəsdikcə ona belə deyirdilər:

– "İstərdinmi ki, Muhəmməd sənin yerində olsun və sən də xilas olasan?" O, bədənindən qan axa-axa deyirdi:

– "Allaha and olsun ki, mən istəmərəm ki Muhəmmədə bir tikan batsın, mən isə ailəmdə və övladlarımın yanında salamat olum." İnsanlar əllərini havada yellədərək və səslərini ucaldaraq: "Onu öldürün! Onu öldürün!…" deyirdilər.

Qureyş Məkkəyə qayıtdı və o nəhəng izdihamlı hadisədəki Xubeybi (Allah ondan razı olsun) və onun faciəsini unutdu. Lakin Xubeyb (Allah ondan razı olsun) yeniyetmə, gənc Səid bin Amir əl-Cuməhinin xatirindən bir anda olsun belə çıxmadı.

O, onu yatdıqda yuxusunda, ayıq halda isə xəyalında görürdü. Xubeyb (Allah ondan razı olsun) daima onun qarşısında xaçın yanında rahat və təmkinlə iki rükət namaz qılan halda canlanırdı. Səid onun Qureyşin əleyhinə dua edən titrək səsini öz qulaqlarında eşidirdi və qorxurdu ki, göydən onun üzərinə qaya parçası düşsün və ya onu ildırım vursun.

Həqiqətən Xubeyb (Allah ondan razı olsun) Səidə onun bu vaxta qədər bilmədiyi bir şeyi öyrətdi. Ona öyrətdi ki, həqiqi həyat etiqaddır və bu etiqad uğrunda ölənə qədər edilənlər cihaddır. Həmçinin ona öyrətdi ki, sarsılmaz iman qeyri-adi şeylər və möcüzələr edir. Xubeyb (Allah ondan razı olsun) ona başqa bir şey də öyrətdi. O da, bütün varlıqları ilə səhabələri tərəfindən sevilən bir kişinin səmadan (Allah tərəfindən) qüvvətləndirilən bir peyğəmbər olmasıdır.

Elə həmin anda Uca Allah Səid bin Amirin sinəsini İslama açdı və o bir dəstə insanın qarşısında duraraq Qureyşin cinayətlərində və günahlarında onlara şərik olmadığını və onların bütlərindən imtina edib Allahın dininə daxil olduğunu elan etdi.

Səid bin Amir (Allah ondan razı olsun) Mədinəyə hicrət etdi və daima Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) birgə oldu. Onunla Xeybərdə və sonrakı döyüşlərdə iştirak etdi.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Səid bin Amirdən (Allah ondan razı olsun) razı halda Rəbbinin dərgahına qovuşduqdan sonra o, iki xəlifəynən, Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) yanında (Allah yolunda cihadda) sıyrılmış qılınc olaraq davam etdi. Səid bin Amir (Allah ondan razı olsun) dünyanı axirətə satan bir mömin üçün son dərəcə gözəl, misilsiz bir örnək olaraq yaşadı. O Allahın razılığını və mükafatını nəfsin başqa istəklərindən və bədənin şəhvətlərindən üstün tutdu.