Səidbəy Arsanov

Səidbəy Arsanoviç Arsanov (çeç. Арсанов, Саидбей Арсанович ;2 oktyabr 188912 iyul 1968) — Çeçen yazıçı və dramaturqu. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının sədri.

Səidbəy Arsanoviç Arsanov
çeç. Арсанов, Саидбей Арсанович
Doğum tarixi 2 oktyabr 1889(1889-10-02)
Vəfat tarixi 12 iyul 1968(1968-07-12) (78 yaşında)
Təhsili
  • Sankt-Peterburq Politexnik İnstitutu[d]
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1926-1968
Əsərlərinin dili çeçen, rus
İstiqamət sosrealizm
Janrlar hekayə, povest, roman
Üzvlüyü

1889-cu il oktyabrın 2-də Novı Ataqi (indiki Çeçenistanın Şali rayonu) kəndində kəndli ferması fəhləsinin ailəsində anadan olub. Bacısı Çeçenistanın qəhrəmanı Fatimə Arsanovadır. Səidbəy ilk təhsilini Vladiqafqazda alıb. O, orada dördillik məktəbi bitirib.[1]

Sonra Odessa Elektrotexnika Məktəbində, Sankt-Peterburqda Politexnik İnstitutunda təhsil alıb.

Səidbəy Arsanov tələbə iğtişaşlarında iştirak etdiyinə görə institutdan xaric edildi və Vyatka vilayətinə sürgünə göndərildi. Oradan Səidbəy Almaniyaya qaçdı. Almaniyada o, fabrikdə fəhləlik edirdi.

Arsanov Birinci Dünya müharibəsinin başlaması ilə Arsanov Rusiyaya qayıtdı. Aleksandr Kolçakın ordusuna qarşı döyüşlərdə iştirak edib. 1921-ci ildən Çeçenistana dönərək çalışmağa başlayb. 1925-ci ildə ilk çeçen qəzeti "Serlo"nu təsis etmişdir. 1930-cu ildə Qroznı Proletar Yazıçılar Birliyinin qurucusu olub. 1925-1933-cü illərdə Çeçenistanda müxtəlif vəzifələrdə çalışmış, sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti yanında Çeçenistan Muxtar Vilayətinin nümayəndəsi olmuşdur. 1936-1937-ci illərdə Çeçenistan Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edib.

1937-ci ildə yazılmış danos əsasında Arsanov həbs edildi. O, qanunsuz məhkum edilərək Kolımaya sürgün olundu. 1945-ci ildə cəzasını çəkdikdən sonra çeçenlərin və inquşların deportasiyasından sonra Alma-Atada yaşayan ailəsinin yanında məskunlaşdı. Arsanov Qazaxıstanda yaşayarkən dəfələrlə Alma-Ata şəhər və vilayət məclislərinə deputat seçilmişdir. 1957-ci ildə vətəninə qayıtdı və burada Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinə rəhbərlik etdi. Səidbəy Arsanov 1959-cu ildə təqaüdə çıxdı.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Arsanovun ilk əsərləri 1926-cı ildə nəşr edilmişdir. Onun ən böyük əsəri 1956-cı ildə çap olunmuş, çeçen, inquşrus xalqlarının inqilabi mübarizəsindən bəhs edən “Dostluq dərk ediləndə” tarixi romanıdır. Müəllif bu roman üzərində 30 ildən çox çalışmışdır. Onun ilk fəsilləri 1930-cu illərdə nəşr olunmağa başladı. Roman Aleksandr Fadeyevdən müsbət rəy almışdır:

" Bu, dağlılar haqqında ilk sovet romanıdır, burada saxta ənənəvi ekzotikizm yoxdur və dağlılara öz həyat və psixikaları haqqında həqiqi biliklər təqdim olunur. Şübhəsiz ki, xeyli sayda nüsxələri çap ediləcək və gənclərimiz tərəfindən xüsusi maraqla oxunacaqdır. "

Arsanov "Çeçenistanın ətrafında", "Gümüş təbəssüm" və digər toplularda nəşr olunan bir sıra esse və hekayələri də qələmə almışdır.

Qroznıda bir küçə Arsanovun adını daşıyır.

  1. "Краткая литературная энциклопедия (КЛЭ), Арсанов Саидбей Арсанбекович". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  2. Культура Чечни - Арсанов Саидбей Арсанбекович
  • Адиз Кусаев. Писатели Чечни. Грозный. ГУП «Книжное издательство», 2005, 410 с. Тираж 2000.
  • Равзан Юнусова. Жизнь, отданная развитию литературы и культуры народа. Вести республики. № 204, 16 октября 2009. С. 2.
  • Яблокова Г. И. Саид-Бей Арсанов и его книги // У истоков книги. — Грозный: Книга, 1990.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]