Səkkizerkəkcikli yulğun

Səkkizerkəkcikli yulğun (lat. Tamarix octandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü.

Səkkizerkəkcikli yulğun
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şərqi və Cənubi Zaqafqaziyada, İranda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Sarımtıl-qonur qabığı olan kiçik ağacdır. Çətri çoxsaylı budaqlardan ibarətdir. Yarpaqları növbəli, oturaqdır. Çiçək qrupu yan, çiçək altıqları uzun, xətvaridir. Çiçəkləri xırdadır. Mayda çiçəkləyir, iyunda meyvə verir.

Dəniz səviyyəsindən 700-1100 m hündürlükdə, çayların kənarında, şoran torpaqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da dağətəyi rayonlarda təbii halda yayılmışdır.

Yaşıllaşdırmada rast gəlinmir.