Səməd Əliyev

Səməd ƏliyevAzərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent.

Səməd Əliyev
Səməd Cahangir oğlu Əliyev
Doğum tarixi (64 yaş)
Doğum yeri Amasiya rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi

Səməd Əliyev 1959-cu il noyabrın 7-də Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. 1966-1976-cı illərdə Amasiya rayon orta məktəbində təhsil alıb.

1976-1981-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil alıb.

1987-ci ildə «Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələnin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adı alıb.

1986-cı ildən BDU-da çalışır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında laboratorant (1986-1988), assisent (1988-1991), baş müəllim (1991-1998), dosent (1998-2000), Türkiyə Respublikasında (Afyon, İsparta) müəllim (2000-2007) və yenidən BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent (2007-ci ildən) vəzifəsində çalışır.

Səməd Əliyev “Məktəb riyaziyyat kursunun elmi əsasları”, “Çoxluqlar nəzəriyyəsi və riyazi məntiqin əsas elementləri”, “Riyaziyyat (Hazırlq şöbəsində təhsil alan xarici tələbələrə)” dərslərini aparır.

Elmi tədqiqat sahəsinə “Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər” və “Riyaziyyatın tədrisi metodikası” sahələri daxildir.

21 elmi məqalənin, 2 kitabın və 1 emtodik vəsaitin müəllifidir.

Ailəlidir, bir övladı var.

  • Həndəsə. - Orta məktəblər ücün dərslik, Adapazarı (Türkiyə), Tansel yayınları, 1996, 212 səh.
  • Triqonometriya və analitik həndəsə. - Orta məktəblər ücün dərslik, Adapazarı (Türkiyə), Tansel yayınları, 1997, 142 səh.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Bir sinif üçüncü tərtib qeyri-xətti diferensial tənliklər üçün çoxölçülü qarışıq məsələnin sanki hər yerdə həllinin lokal varlığı və qlobal yeganəliyi haqqında. – BDU-nun xəbərləri, fizika-riyaziyyat elmləri seriyası, 2003, №3, səh. 36-42.
  • Bir sinif üçüncü tərtib qeyri-xətti diferensial tənliklər üçün çoxölçülü qarışıq məsələnin sanki hər yerdə həllinin qlobal varlığı haqqında. – BDU-nun xəbərləri, fizika-riyaziyyat elmləri seriyası, 2003, №4, səh. 35-43.
  • Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliyin həlləri haqqında. – Afyon Kocatepe Universiteti, fizika-riyaziyyat seriyası, c.7, №1, 2007, səh. 11-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]