Səməd Abdullayev

Səməd Abdullayev (Abdullayev Səməd Həmid oğlu; 1920, Qolqəti, Ərəş qəzası5 noyabr 1943[1], Geroyevskoye) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943).

Səməd Abdullayev
Səməd Həmid oğlu Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1920
Doğum yeri
Vəfat tarixi 5 noyabr 1943(1943-11-05)[1]
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Rütbəsi starşina[d]
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "İgidliyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səməd Abdullayev 1920-ci ildə Ağdaş rayonunun Qolqətı kəndində anadan olmuş və şəhərdəki Pedaqoji Texnikumunda təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, tibbi xidmət üzrə təlim keçərək Şimali Qafqazda hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibindəki 318-ci dağ-atıcı diviziyasında xidmətə başlamışdır.

Tibb xidmət starşinası Səməd Abdullayev, Kerç yarımadasına 1 noyabr 1943-cü il tarixdə desant çıxarılmasında iştirak etmiş, yaralı döyüşçülərə hərbi xidmətlə yanaşı düşmənə qarşı aparılan ağır əlbəyaxa döyüşdə bir neçə faşist əsgərini məhv etmiş və ağır döyüşlərin 5-ci günü həlak olmuşdur. Kerç şəhəri ətrafında dəfn edilmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı 17 noyabr 1943-cü ildə verilmişdir[2].

Ağdaşın Qolqətı kənd məktəbinə qəhrəmanın adı verilmişdir.

  1. 1 2 https://pamyat-naroda.ru/heroes/memorial-chelovek_donesenie9712948/.
  2. "Абдуллаев Самед Гамид оглы". 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
  • 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
  • Герои боёв за Крым. - Симферополь: Таврия, 1972.
  • Герои Советского Союза. Краткий биографический словарь. Т.1. М., 1987
  • Золотые Звёзды Азербайджана. Баку, 1975
  • Кузьмин М.К. Медики—Герои Советского Союза. М.,1970
  • Сатрапинский Ф. Военные медики - Герои Советского Союза. Л., 1975