Səmayə Sadıqova

Səmayə Seyfulla qızı Sadıqova — aktrisa.

Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova
Doğum tarixi (70 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa

Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir.

Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Sumqayıt Dövlət Dram Teatrı

  1. Adamın adamı (Anar) — Süsən
  2. Mehrişah (O.Məmmədov) — Mehrişah
  3. Oqtay Eloğlu (C.Cabbarlı) — Sevər
  4. Park (R.İbrahimbəyov) — Vika
  5. Təhminə və Zaur (Anar) — Təhminə
  6. Ölülər (C.Məmmədquluzadə) — Kəblə Fatma
  7. Şah İsmayıl (Kərimzadə) — Aləmşahbəyim

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

  1. Özümüz bilərik (S.Qurbanov) — Ceyran
  2. Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə
  3. Qızıl toy (R.Heydər) — Əcnəbi qız

Bakı Bələdiyyə Teatrı

  1. Tənha qadınlar (Ə.Nesin) — Diha
  2. Müsyo Jordan və Dərvişi Məstəli şah (M.F.Axundov) — Xanpəri
  3. Dönüş (C.Cabbarlı) — Turac
  4. Ölülər (C.Məmmədquluzadə) — Kəblə Fatma
  5. Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — şəhid anası
  6. Unutqanlıq qorxunc bəladır (Ə.Əliyev) — ana
  7. Cırtdan, Məlikməmməd və üç gözəl (nağəl-tamaşa) — küpəgirən qarı
  8. Elektra (Sofokl) — qadın
  9. Dəli Domrul (A.Məmmədov) — ağı deyən
  10. Yalan (S.Rəhman) — Tərlan xanım
  1. Mənim ağ şəhərim (film, 1993)
  2. Canavar balası
  3. Qırmızı qar (film, 1998)
  4. Məhv olmuş gündəliklər (film, 1999)
  5. Sirr (serial, 2012)