Səmra Ərən-Nijhar 6 aprel 1967-ci ildə İstanbul şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini Türkiyədə bitirib.[2] 1980-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçüb. Uşaqlığı həm Türkiyə də həm Almaniya da keçib. Berlin Universitetində Sosial Elmlər üzrə təhsil alıb. Universitet illərindən etibarən Avropa Parlamentində müxtəlif layihələrdə iştirak edib, seminarlar təşkil edib. Gənclik Konfranslarında Berlinin nümayəndəsi kimi iştirak edib. Türk və Alman dillərində ana dili səviyyəsində danışan və yazan Səmra Ərən-Nijhar, fransız və latın dillərini də öyrənib. Səmra Ərən-Nijhar evlidir və bir övladı var.[3]
Səmra Ərən-Nijhar Avropa və Türkiyədə sosial siyasət sahəsində mütəxəssisdir. O fəaliyyətində miqrasiya, yaddaş, mənsubiyyət, irs, qadınlar, gənclər, irq, kimlik və Avropa İttifaqında Türk diasporası mövzularına diqqət yetirir.[4]
Səmra Ərən-Nijhar, “Türkiyə İrsi Böyük Britaniyada” təşəbbüsünün yaradıcısıdır və Əhməd Qarahasan ilə birgə 8 dekabr 2014-cü ildə Enfild Şurasında keçirilən "Londonda Türkiyə İrsi Günü"nün təsisçisidir.[2][5] Bundan əlavə, 29 noyabr 2019-cu ildə İstanbulda Beynəlxalq Bosfor Sammitində təqdim olunan “Türkiyə İrsi Avropada” təşəbbüsünün də yaradıcısıdır.[6][7]
Ərən-Nijhar 15 ildən artıq müddətdə Böyük Britaniyada ilk türk dərnəyi olan Kipr Türk Dərnəyinin (CTA) arxivlərini araşdırıb. O, bu arxivlərdəki seçilmiş sənəd, foto və nəşrləri ictimaiyyətə təqdim edən ilk və yeganə tədqiqatçıdır.[8] Onun “London türkləri – Onların Öz Sözləri ilə” adlı əsəri Böyük Britaniyadakı Türk icmasının 80 ilini fotoşəkillər, müsahibələr və portretlərlə əks etdirir.[9] Kitab, Britaniyada Türk diasporası haqqında ilk böyük əsərdir. Əsər 2006-cı ildə London Meri və London Bələdiyyə Başçısı tərəfindən tanıdılmış daha sonra 2007-ci ildə isə Avropa Parlamentinin üzvləri[10], Claude Moraes, Cem Özdəmir, Əminə Bozqurd, Vural Ögər, Türkiyənin Avropa İttifaqındakı Daimi Nümayəndəsi səfir Volkan Bozqırın iştirakı ilə parlamentdə təqdim edilmişdir.[11]
Səmra Ərən-Nijhar iki dəfə Nobel mükafatına namizəd göstərilmiş Kiprli türk şair Osman Türkayın tədqiqatçısıdır. O şairin yaradıcılığını Avropa və Türkiyədə tanıdır. Ərən-Nijhar bir neçə il Lordlar Palatasında Lord Tarsem Kinqin məsləhətçi kimi çalışıb. Onun Ərsin Atlı ilə birlikdə 2010-cu ildə prodüserlik-rejjisorluq etdiyi "Söz Bizdə – We Have the Voice" sənədli filmi Türkiyənin milli televizya qurumu TRT tərəfindən nümayiş etidirilib.[12][13][14] Film Britaniya və Avropada türk və kürd mənşəli gənclərin səsini dünyaya çatdıran ilk sənədli film olub.
Ərən-Nijhar sosioloji tədqiqatlarının nəticələrinə maraq yaratmaq məqsədilə incəsənət dünyasının kreativ üsullarından istifadə edir. Onun foto sərgiləri Britaniya, Belçika və Türkiyədə nümayiş etdirilib. Onun işləri əsasən fərdlərin portretləri üzərində cəmlənib.[15][16][17]
Ərən-Nijharın “Mənim Göyərçinlikdəki Səyahətim” adlı foto sərgisi 2017-ci ildə Britaniya Kipr Türk icmasının Böyük Britaniyaya miqrasiyasının 100 illiyini qeyd etmək məqsədilə Viktoria və Albert Muzeyində (V&A) nümayiş etdirilmək üçün dəvət alıb.[18] Sərgi, Viktoria və Albert Muzeyində keçirilən və Britaniyada Kipr Türk icmasını əks etdirən ilk böyük foto sərgidir.
2004 – Minilliyin Mükafatları Təqaüdü, Birləşmiş Krallıqda cəmiyyəti zənginləşdirən şəxsi öhdəliyinə və nailiyyətlərinə görə Ömürlük Üzvlük.[19]
2015 – İşində üstün nailiyyətinə görə Beynəlxalq Avropa Keyfiyyət Mükafatı, İnnovasiya və Maarifləndirmə Mükafatı.[20][21]
2018 – İşində üstün nailiyyətinə görə Nailiyyət Mükafatı.[22]
2024 – Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar tərəfindən təqdim edilən Kipr türk şairi Osman Türkay haqda verdiyi töhfəyə görə sertifikat[23][24][25]