Sənəm Məmmədova

Sənəm Məmmədova (tam adı: Halayçı Sənəm Hacı qızı Məmmədova; 1887, Balakən rayonu1978) — dambur musiqi alətinin mahir ifaçısı[1].

Sənəm Məmmədova
Doğum tarixi 1887
Doğum yeri
Vəfat tarixi 1978

Balakən rayonunun Gülüzən kəndindəndir. Muğal adlı azərbaycan-türk tayfasının nümayəndəsidir.

Haylaçı Sənəm 1928-ci ildə Aşıqların birinci qurultayında uğurla çıxış edərək, şeirlərində hayla janrını və simli çalğı aləti damburu vəsf etmişdir. Onun istifadə etdiyi dambur "beş telli" olmuşdur.

Repressiya qurbanlarından biri olan, Ağsu rayonunun Qəşəd kənd sakini Aşıq Mirzə Bilal (1872–1937) Haylaçı Sənəmlə deyişmiş və aşıq onun sənətinə yüksək qiymət vermişdir.

  1. Abbasqulu Nəcəfzadə. Tənbur ailəsinin bir üzvü — balakən damburu Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine. konservatoriya.az  (az.)