Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax, Şəki və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir.[1].
Dambur | |
---|---|
| |
Təsnifat | simli musiqi aləti |
Mənşə ölkəsi | Qafqaz xalqları |
İfaçılar | Damburçu |
Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir.
Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır.
Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.[2]
XXI əsrin ilk onilliyində dambur sənətinə peşəkar maraq Şərqi Avropa Akustika Assosiasiyası və Avropa Akustika Assosiasiyası (EAA) və digər ictimai strukturlar tərəfindən göstərilmişdir. Damburun (pandur, dində və çəng) simli qoparılan ağaç-kumuzla əvəzlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmır.[2]
Balakən, Zaqatala Qax və Şəki bölgəsinin tanınmış ifaçıları kimi, Haylaçı Sənəm Hacı qızı Məmmədova (1887–1978), Ata Yetərov, Kamal Atayev, Osman Kamlayev və başqalarının göstərmək olar. Müasir dövrdə Dardoqqazlı Mamed Məmmədov,İbadulla Qarayev, Damburçu Mehdi, Murad Avşalan, Ata Bilal, Krişkom Mustalı, Musalı Hacı, Yetim (Hacıyev) Ərəbiddin, Əfqan Rəhmanov və başqaları damburun tanınmış ifaçıları olmaqla yanaşı, bu alətin təbliğı və gələcək nəslə yadigar kimi ötürülməsində xidmətləri danılmazdır.[1]
Damburun əsas hissələri bunlardı: Çalovabənzər gövdə (çanaq), azca geriyə əyilmiş kəllə (tac), Qolla kəlləni birləşdirən kəmik xərək (körpücük), ağacdan hazırlanmış və gövdə üzərində yerləşdirilmiş kiçik xərək, kiçik ölçülü qol (buna sapağ da deyilir), qolun üzərində 5–7 ədəd ağacdan pərçim edilmiş pərdə (bənd). Qədim zamanlarda telləri iri mal-qaranın damarlarından hazırlanırdı. Lakin, sonralar tellər üçün, ipəkdən, metal tellərdən və hətta müasir dövrdə sintetik materiallardan da istifadə olunur. Alətin 2–3, bəzən də 5 teli olur. Damburun tellərinin bir ucu aşıxlara düyünlənir, digər ucu isə xərəklərin üzərindən keçmək şərti ilə gövdənin aşağı hissəsində yerləşdirilən qarmağa düyünlənir. Alət aşıxlar vasitəsilə tənzimlənir. Gövdənin üzlüyü üzərində damburun özünəməxsus akustik səslnməsi və estetik baxımdan gözəl görünməsi üçün, bəzəkli rezonator oyuqları açılır. Bəzən gövdənin yan tərəfində də bu cür oyuqlar olur. Gövdə ağ tut ("Calğa") ağacının, yaxud da cökə ağacının kötüyündən, "qol" — qoz ağacından, "kəllə" — heyva ağacından, "aşıxlar" isə qoz, şabalıd və ya armud ağacından hazırlanır. Gövdənin aşağı tərəfində bəzən diş kimi çıxıntılı olur. Gövdənin üzlüyü bir qayda olaraq şam ağacından nazik formada düzəldilir və gövdənin açıq hissəsinə yapışdırılır.[1]
Bəzən at tükünün iplərindən istifadə olunur. Dar uzun gövdə bident (trident) ilə bitir. Uzunluğu heç vaxt 1 metrdən çox deyil.[2]
Dambur ifaçılığında sağ əlin barmaq işlətmə texnikasının böyük rolu var.
Səsləndirməyə görə, Avropa musiqi mədəniyyətinin nümayəndələri üçün qeyri-adi olan olduqca aşağı musiqi xüsusiyyətlərinə malikdir. Bir sıra ekspertlərin fikrincə, köhnə Dağıstan alətində solo ifa mədəniyyəti mərsiyə şəklində tərənnüm etməyə yaxındır.[2]
Musiqi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |