Sənan Axundov (zabit)

Sənan Tahir oğlu Axundov (29 sentyabr 1979, Füzuli18 aprel 2016, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovnik-leytenantı). 2016-cı ildə Aprel döyüşləri dövründə şəhid olub.

Sənan Axundov
Sənan Tahir oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1979(1979-09-29)
Doğum yeri
Vəfat tarixi 18 aprel 2016(2016-04-18) (36 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşaqları oğlu: Tahir Axundov,
qızı: Nəzrin Axundova
Atası Tahir Axundov
Anası Roza Axundova
Hərbi fəaliyyəti
Rütbə Polkovnik-leytenant
Vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin informasiya şöbəsinin sektor müdiri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sənan Axundov 1979-cu ilin 29 sentyabr günündə Füzuli şəhərində Tahir və Roza Axundovların ailəsində anadan olub. 1993-cü ildə erməni quldurlarının Füzuli şəhərinin bir hissəsini işğal etməsi ilə Axundovlar ailəsi qaçqın həyatı sürməyə başladı.

Təhsil[redaktə | mənbəni redaktə et]

Sənan Axundov 1985-ci ildə Füzuli şəhərinin qərb hissəsində yerləşən Fioletovka qəsəbəsindəki 3 saylı səkkizillik məktəbə qəbul edilmişdir. 1992-ci ildə, məktəbin 7-ci sinifində təhsil alarkən erməni hücumları ilə bağlı rayon ərazisində yaranmış mövcud tarixi şəraitdən asılı olaraq təhsilini Bakı şəhərinin Binəqədi rayonundakı 144 saylı tam orta ümumtəhsil məktəbində davam etdirmişdir. 1996-cı ildə həmin orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Dənizçilik Məktəbinə qəbul olunmuşdur.

Ailə[redaktə | mənbəni redaktə et]

Şəhid polkovnik-leytenant Sənan Tahir oğlu Axundovun 27 avqust 2002-ci il doğumlu 1 oğlu Tahir Sənan oğlu Axundov və 22 noyabr 2005-ci il tarixdə anadan olan 1 qızı Nəzrin Axundova

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1996 – 2001-ci illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində oxumuş və elektron texnikası mühəndisi kimi fəaliyyətə başlamışdır. Həmin ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş leytenant kimi qulluğa başlayan Sənan Axundov 2004-cü ildə Bakıya gəlmiş və Müdafiə Nazirliyində informasiya şöbəsində çalışmışdır. 2004 – 2009-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində qiyabi təhsil almışdır. 2005 – 2007-ci illərdə Almaniyada Hərbi Akademiyada da oxumuşdur. 2008-ci ilin iyun-iyul aylarında Almaniyanın Hamburq şəhərində keçirilən təlim-treninqlərində gənc bir zabit kimi iştirak etmiş və müvafiq sertifikatlar qazanmışdır.

Sənan Tahir oğlu Axundov yaxşı xidmətinə görə dəfələrlə Azərbaycan Respublikasının Prezidenti adından Respublika Müdafiə Nazirliyi tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və “Yubiley medalı” ilə təltif edilmişdir.

S.Axundov 2007 – 2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində informasiya şöbəsinin sektor müdiri vəzifəsində işləmişdir. 9 – 12 iyul 2012-ci il tarixində Almaniyada beynəlxalq konfransda iştirak etmişdir. 03 – 28 dekabr 2012-ci il tarixində mayor Sənan Axundov Türkiyənin Ankara şəhərində keçirilən təlim – məşq toplanışında xüsusi kurslara cəlb edilmiş və müvafiq sertifikatlar almışdır. 29 aprel 3 may 2013-cü il tarixində Bakıda, 14 aprel – 28 aprel 2015-ci il tarixdə isə Almaniyada keçirilən hərbi təlim üzrə beynəlxalq treninqlərdə iştirak etmişdir.

Müdafiə Nazirliyinin məxfi informasiyalar şöbəsində toplanmış məlumatlarla yaxından tanış olan vətənsever zabitimiz Senan Axundov hər gün dəfələrlə rəhbərlikdən onun da cəbhəyə, ata yurdu olan doğma Füzuli rayonu istiqamətinə göndərilməsini xahiş etmişdir. Ön cəbhədəki şəraiti, təmas xəttindəki mövcud vəziyyəti özü görüb-yoxlamaq və əmin olmaq istəyi ilə aprelin 18-də səhər erkən bir neçə zabit əməkdaş və elecə də mina axtaranlar ilə birlikdə reyd keçirilir. Cəbhənin Yastıtəpə sahəsində yoxlama zamanı güclü partlayış baş verir və minanın bu partlayış dalğası nəticəsində ağır yaralanan Sənan, Füzuli rayonunun ərazisində yerləşən hərbi hospitala çatdırılır. Həkimlərin 5 saatlıq bütün cidd-cəhədlərinə baxmayaraq, Sənanı ölümün pəncəsindən xilas etmək mümkün olmur. Gündüz saat iki radələrində polkovnik-leytenant Sənan Axundov hospitalda dünyasını dəyişir.

Aprelin 19-u isə Sənan Axundov Beyləqan şəhərində yerləşən "İbadətgahımız-Həzrəti Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik-leytenant Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin informasiya şöbəsinin sektor müdiri vəzifəsində işləmiş, kəşfiyyatçı polkovnik-leytenant Sənan Tahir oğlu Axundovun materialları Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunub saxlanılır. Şəhid zabitin hərbi geyimi, medalları, fotoşəkilləri, haqqında dərc olunan qəzet, jurnal materialları, sənədlər və s. əşyalar şəhid polkovnik-leytenant S.Axundovun ailəsi tərəfindən Muzeyə hədiyyə edilib.[1]

Şəhid Sənan Axundova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  2. "Arxivlənmiş surət". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.