Sənan Kərimov

Kərimov Sənan Hüsi oğlu (18 dekabr 1954, Bakı) — Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru.

Sənan Kərimov
Kərimov Sənan Hüsi oğlu
Doğum tarixi (69 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Mükafatları "Tərəqqi" medalı

Kərimov Sənan Hüsi oğlu 1954-cü ildə 18 dekabrda Bakı şəhərində məşhur cərrah Kərimov Hüsi Məmmədxan oğlunun ailəsində anadan olub. 1972-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olub, 1978-ci ildə bitirib.

İnstitutu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyində həkim dermatoveneroloq vəzifəsində işləmiş və dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.

1982-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Moskvaya, Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada "Sarkoma Kapoşi" mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə bu mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1990-cı ildə onun tərəfindən Psoriazla Mübarizə Mərkəzi yaradılmışdır. Bu mərkəzin məqsədi Azərbaycanda Psoriaz probleminin hərtərəfli öyrənilməsi və xəstələrə yüksək ixtisaslı müalicənin, profilaktik və mənəvi köməyin göstərilməsi olmuşdur.

Bu araşdırmanın elmi nəticəsi "Psoriazm. Epidemiologiya və genetika" monoqrafisaında öz əksini tapmışdır. Belə ki, bu elmi əsər ağır xəstəliyin kliniki epidemiologiyasının, etiopotagenezinin və müalicəsinin bütün aspektlərini özündə əks etdirir.

1983-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının dosenti vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildə Moskva şəhərinin Rusiya Fedrasiyasının Tibb Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunda "Psoriazın Azərbaycanda Epidemiologiyası" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Və həmin ildə t.e.d. alimlik dərəcəsinə layiq görülmüşdür.

2000-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I Prorektoru və 2001-ci ildə Dermatovenerologiya kafedrasının müdiri vəzifəsində işləyir.

Sənan Kərimov 80-dan çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin, 4 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında 1 doktorluq və 3 namizədlik elmi işləri aparılır.

T.e.d. S. H. Kərimov bir sıra xarici elmi cəmiyyətlərin üzvüdür Pospelov adına Moskva Dermatoveneroloqları Elmi Cəmiyyəti, Türk dili Dermatoloqlar Cəmiyyəti, Türkiyə Dermapatoloqları Elmi Cəmiyyəti və Türkiyə Dermapatologiya və Rusiyanın "Dermatologiya, venerologiya və kosmetologiya" jurnallarının redaksiya şurasının üzvüdür.

2001-ci ildə t.e.d. S. H. Kərimovun böyük elmi pedaqoji fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının prezidenti H. Ə. Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

2006–2008-ci illərdə Azərbaycan respublikasının Səhiyyə Nazirliyinin müavini vəzifəsində çalışırdı.

2009-cu ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləyir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]