Səqifə

Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili.

Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi.

border=none Əsas məqalə: Qədir-Xum

Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi:


Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. O,qüdrətli və əzəmətli Allah tərəfindən mənim vəsim olaraq qəyyum və rəhbər təyin olunmuş qardaşım Əli ibn Əbu Talibdir .[1]

Bu hadisə həm şiə, həm də sünni mənbələri tərəfindən rəvayət edilmişdir. Bundan başqa, Əbu Bəkr, ÖmərOsman Əliyə beyət etdiyini bildirir, bu fakt hər iki Şiə və Sünni mənbələrində də bildirilir.[2][3][4]

Mədinədə vida həcci və Qədir-Xum hadisəsindən sonra Məhəmməd Usamə ibn Zeydin komandanlığı ilə bir ordu yaradılmasına əmr etdi. Ailəsindən başqa Usamə ilə bütün səhabələrə müsəlmanların qisasını almaq üçün Mötə döyüşünə[5] Suriyaya getməyə əmr etmişdir. Məhəmməd İslam tarixinin 11-ci ilin Səfər ayının 18-ci günündə İslam peyğəmbəri döyüş bayrağını Usaməyə verdi. Əbu Bəkr və Ömər Məhəmmədin Usamənin ordusuna qoşulmasını əmr edilənlər arasında idi.[6][7]

Ancaq Əbu Bəkr və Ömər Usamənin əmrinə tabe olmaqdan imtina etdilər, çünki o 18 və ya 20 yaşlarında olduğu üçün bu orduya rəhbərlik etmək üçün çox gənc idi,[8]onların fikrinə görə Məhəmmədin təlimlərinə baxmayaraq, yaşı və cəmiyyətdə nüfuz sahibi olmaması onun komandan olmağına cavab vermirdi.[9][10]

Bu narahatlıqlara cavab olaraq, Peyğəmbər dedi:

Ey Ərəblər, sizlər əziyyət içərisindəsiniz,çünki mən Usaməni rəhbəriniz olaraq təyin etmişəm, əgər o döyüşdə komandanlıq edə bilərsə suallarınız aradan qalxacaq.Allahın qüdrətilə o da atası kimi komandan olmağa layiq olacaq.İndi gedin və onun əmrlərinə uyun[11]

Məhəmməd ölümcül xəstəlikdən heç bir rahatlıq hiss etmədiyi halda Usamə ordusunun hələ də Suriyaya gedib-getməməsi barədə soruşur və səhabələrini Suriyaya getməyə çağırırdı.[11]Məhəmməd hətta belə demişdi: Usamənin ordusu bir anda getməli və Allah birlikdə getməyənlərə lənət etsin. [12][13][14] Lakin bir neçə səhabələr Usamə ordusuna qoşulmağa hazır olduqda, Əbu Bəkr və Ömər də daxil olmaqla bir çox sahəbələr Məhəmmədin əmrlərinə itaət etməmişdi. Həm də qeyd edilir ki, Məhəmmədin səhabələrini nə olursa olsun döyüşə getməyə çağırdığı tək döyüş ekspedisiyası idi. Kiminsə döyüşə getmək imkanı olmadıqda, başqa müharibələr üçün onları evdə saxlamağa icazə verərdi. Tarixdə qeyd olunur ki, Məhəmməd vəfat edəcəyini hiss edərək[15] davamçısını elan etdikdən sonra ailəsindən başqa bütün sahəbələrinə Mədinəni tərk etməsinə göstəriş vermişdi.[16] Bu göstəriş Məhəmmədin özünün vəfat edərkən səhablərinin öz aralarında davamçı seçilməmə istəyinin göstəricisi idi . Bu məsələ artıq Qədir-Xumda artıq elan edilmişdir.

Ancaq Məhəmmədin vəfatından sonra bir qrup müsəlman Əlini tərk etdi və Səqifədə toplandı. Sonrakı hadisə dövlət çevrilişi kimi təsvir edilmişdir.[17]

Səqifə hadisəsi

[redaktə | mənbəni redaktə et]

Binanın adı İslam tarixində mühüm bir dönüş nöqtəsi olan hadisə və ya toplaşma yeri kimi istifadə olunur. Məhəmməd vəfat edən günü (8 iyun 632-ci il) Mədinə müsəlmanları və ya ənsarlar Səqifədə müsəlmanların gələcəyi və liderliyini müzakirə etmək üçün toplandılar. İki ənsar qəbiləsi Xəzrəc və Övs hər ikisi də hazır idi. Ancaq muhacirlər və ya Məkkədən gələn müsəlman gəlmələr bu toplantıdan xəbər ala bilmədilər. Məhəmməd ibn Cərir Təbəri öz Tarixin 2-ci cildin 456-cı səhifəsində yazır ki, Ömər Peyğəmbərin evinin qapısına gəldi,amma daxil olmadı. O, Əbu Bəkirə bir söz göndərdi: Dərhal gəl, səninlə təcili bir işim var. Əbu Bəkr də ona məktub göndərdi ki, onun vaxtı yoxdur. Ömər başqa bir məktub göndərdi: Biz böhran olan bir mövzuyla qarşılaşmışıq. Sənin varlığın lazımdır.

Əbu Bəkr çıxaraq gəldi və Ömər tərəfindən Səqifədə ənsarların toplaşması barədə digər səhabələr qarşısında açıq şəkildə məlumatlandırıldı. Ömər dedi ki, onlar bir an əvvəl getməlidirlər. Bəzi gərgin mübahisələrdən və təfərrüatları yüksək dərəcədə müzakirə etdikdən sonra orada toplananlar Əbu Bəkrə İslam cəmiyyətinin yeni lideri olaraq sadiqlik nümayiş edərək beyət etdilər. Əlini Məhəmmədin əmisi oğlu və yeznəsi bilən bəzi müsəlmanlar onu yeni lider kimi qəbul etməliydilər. Şiə Əli kimi bilinən Əli tərəfdarları Əbu Bəkrə beyət etməkdən üz çevirdilər. Çünki onlar Allahın əmrlərinə qarşı gəlmədilər. Onlar Allahın peygəmbərin sonuncu həcc ziyarətindən qayidarkən Qədir Xum deyilən yerde bütün müsəlmanlara peygəmbərdən sonra xəlifə olaraq Əliyə beyət edilməsi əmrini unutmamışdılar. Həmin Qədir Xum hadisəsi həm şiə həm də sunni mənbələrində qeyd olunmuş məşhur hadisədir. Orda Allah peygəmbərdən ozundən sonra xəlifə olaraq Əlini butun müsəlmanlara elan etmesi emrini verir. Və ordaca həmin gun hər kəs və ən birinci də məhz beyət sındıraraq özlərini xəlifə elan edenlər Əliyə beyət edib onu təbrik etmisdilər. Belə olan halda Əli özü və onun şiələri necə ola bilərdi ki, Allahın əmrine qarşı gəlib başqa birinə beyət etsinlər.Digər tərəfdən sünni mənbələri olan Səhih əl-Buxari, Seerat İbn İshaq, Seerat İbn Hatəm, Tarix İbn Kəsir, Tarix əl-Təbəri, Tarix İbn Xəldun və demək olar ki bütün digər mənbələr şiə tarixçiləriylə razılaşmayaraq birinci xəlifə Əbu Bəkrə Ömər və Osmandan sonra Əlinin beyət etdiyini yazırlar.[18][19][20]

Başqa mənbələr

[redaktə | mənbəni redaktə et]

Londonda İsmaili Elmləri İnstitutunun böyük elmi işçisi Vilferd Madelunq tərəfindən Məhəmmədin Davamçısı kitabına əsasən[21] Öməri bu durğun hadisəni tənzimləyən kimi təsvir etmişdir (s. 30).

Eynilə, Səhih əl-Buxari tərəfindən yazılmış hədis ağızdan-ağıza ənənəsinə görə Ömər belə deyir:

Mənə xəbər verildi ki, sizin aranızdakı bir natiq deyir: "Əgər Allah tərəfindən Ömər öləcəksə, mən də filan şəxsə beyət edəcəyəm". Kimsə Əbu Bəkirə edilmiş beyətin birdən-birə verildiyini və müvəffəqiyyət qazandığını söyləyərək özünü aldatmasın. Şübhəsiz ki, buna bənzər idi, amma Allah bizi fitnələrdən xilas etdi və sizin aranızda Əbu Bəkirin xüsusiyyətlərinə malik olan bir nəfər yoxdur. Unutmayın ki, kim sizin aranızda müsəlmanlara məsləhət etmədən kimsəyə beyətini edərsə,həmin şəxs və beyət edilmiş şəxsin öldürülməlidirlər.[22]

Həmçinin Səhih əl-Buxaridə rəvayət olunur ki, Ömər dedi:

"O, (Peyğəmbər) vəfat etdikdə Ənsar bizə qarşı çıxdı. Səqifəyi Banu Səidədə toplandılar. Əli, Zübeyr və onların dostları da bizə qarşı çıxdılar."


İtalyan ərəbşünas Françesko Qabrieli Ərəblər-ümumi tarixində yazır:

"Mədinədə Ömərin Banu Səidinin qərargahında keçirilmiş qarışıq məclisdə demək olar ki, sürpriz olaraq Əbu Bəkr xəlifə və ya Allahın Elçisinin davamçısı kimi təyin edildi.Bir çox hadisə və təsisat kimi xilafət anlayışı yarandı ."[23]


  1. The Last Sermon of Muhammad by Shia Accounts
  2. "A Shi'ite Encyclopedia". Al-Islam.org. Ahlul Bayt Digital Islamic Library Project. 18 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2018.
  3. Musnad Ahmad Ibn Hanbal, Volume 4. səh. 281.
  4. al-Razi, Fakhr. Tafsir al-Kabir, Volume 12. 49–50.
  5. Razwy, Sayed Ali Asgher. A Restatement of the History of Islam & Muslims. səh. 283.
  6. Haykal, Muhammad Husayn. The Life of Muhammad. Cairo. 1935.
  7. Muir, Sir William. The Life of Mohammed. London. 1877.
  8. "19 - The Life of Imam Ali: Prophet's (pbuh) Death - Dr. Sayed Ammar Nakshwani - Ramadhan 1435". YouTube. YouTube. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  9. Bodley, R.V.C. The Messenger. New York. 1946.
  10. Kelen, Betty. Muhammad, Messenger of God. 1975.
  11. 1 2 Razwy, Sayed Ali Asgher. A Restatement of the History of Islam & Muslims. səh. 286.
  12. Shahristani. Kitab al-Milal wan-Nihal. səh. 8.
  13. Razwy, Sayed Ali Asgher. A Restatement of the History of Islam & Muslims. səh. 288.
  14. "19 - The Life of Imam Ali: Prophet's (pbuh) Death - Dr. Sayed Ammar Nakshwani - Ramadhan 1435". YouTube. YouTube. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  15. Tabari. History, Volume II. səh. 435.
  16. Razwy, Sayed Ali Asgher. A Restatement of the History of Islam & Muslims. səh. 289.
  17. "Saqifah: A Sunni View". 16 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2018.
  18. Ibn Khaldun, Abdur Rehman. Tareekh Ibn Khaldun Volume II (First). Karachi, Pakistan: Nafees Academy. 2003. 178–200.
  19. Ibn Kathir Damishque, Amad ud Din. Tareekh ibn Kathir Volume VI (Offict). Urdu Bazar, Karachi Pakistan: Nafees Academy. 2003.
  20. Ibn Hatham, Abdul Malik. Seerat Ibn Hatham (1st). Cairo, Egypt: Al-Falah Foundation. 2000. səh. 291. ISBN 977-5813-80-8.
  21. "Arxivlənmiş surət". 2013-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  22. Sahih al-Bukhari,8:82:817
  23. Francesco Gabrieli, The Arabs – A Compact History, 1963

Başqa mənbələr

[redaktə | mənbəni redaktə et]
  • Guillaume, A. The Life of Muhammad, Oxford University Press, 1955
  • Madelung, W. The Succession to Muhammad, Cambridge University Press, 1997

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]