Sərdar Hacıyev

Sərdar Hacıyev (22 aprel 1940, Xanlıq, Qubadlı rayonu) — Kimya elmləri doktoru, professor.

Sərdar Hacıyev
Doğum tarixi 22 aprel 1940(1940-04-22) (84 yaş)
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
Təhsili

Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966–1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969–1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973–1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır.

Təhsili, elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1962, kimya fakültəsi, BDU.
  • 1966, k.e.n., "Qeyri-üzvi kimya" ixtisası .
  • 1987, k.e.d., "Fiziki kimya" ixtisası .

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1966, "Fiziki və colloid kimya" kafedrası, BDU
  • 1973–1976, "Milli Yüngül Sənaye İnstitutu", Əlcəzair
  • 1986–1994, kafedra müdiri, "Qeyri-üzvi kimya" kafedrası, BDU
  • 1988, professor, "Fiziki və kolloid kimya", kafedrası, BDU
  • Bakalavr təhsil pilləsində "Fiziki kimya" kursu, magistr pilləsində "Termokimya və kalorimetriya", "Faza tarazlığının termodinamikası" kursları üzrə mühazirələr aparır.
  • 150 məqalə
  • 1 monoqrafiya
  • 5 kitab
  • 8 patent
  • Dövri sistemin AIII , AV elementlərinin xalkohalogenidlərinin termodinamiki tədqiqi.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Sərdar Hacıyevin 120-dən artıq elmi məqalənin müəllifidir, bunlardan başqa onun aşağadakı kitabları çap edilmişdir:

  • S. M. Hacıyev, A.l. Mustafayeva, N. A. Rzayeva, E. F. Xəlilova. AVBVICVII xalkohalogenlərinin fiziki-kimyəvi xassələri və simmetriya prinsipi. Kimya Problemləri İnstitutu, № 2, 2007, s.328–335
  • Гаджиев С.М., Зайева Н.А., Керимли Ф.Ш., Гахраманов Т.О., Халилова Э.Ф., Азмаммедова Х.М., Ахмедова .Г. Закономерности изменения физико-химических свойств соединений в свете периодического закона Д.И.Менделеева и принципа симметрии П.Кюри. Тезисы докладов XVIII Менделеевского съезда по общей и прикладной химии. Москва, 23–28 сентября, 2007, т.1, стр.189
  • R. H. Əhmədova, S. M. Hacıyev, L. P. Quliyeva. xalkohalogenidlərinin elektron diaqramı, rabitənin təbiəti. Akad. Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları, 8–9 noyabr, 2007, s. 255
  • С.М.Гаджиев, Н.А.Зайева, Э.Ф.Халилова, Л.П.Кулиева, С.Э.Мирзалиева, А.М.Екаева. Е-(к) диаграммы электронных полос квазиатомов в халькогалогенидах , . Kimya Problemləri İnstitutu, № 3, 2008, s.581–583
  • S. M. Hadjiyev, S. A. Kutolin. "Prevision par ordinatour de la composition et des proprictes physico-chimiques de AIII, AVBVICVII". C. R. Acad. Sc. Paris, t.301, Ser. II, № 5, (1985), p.255–257
  • S. M. Hajiyev, V. A. Aliyev, R. M. Dolinina. "Etude des solubilites dans les systemes et ", C. R. Acad. Sci. Paris, t.310, Serie II, p.1191–1193, (1990)
  • С.М. Гаджиев, А.А.Кулиев и др. "Термодинамическое исследование системы " ЖФХ, Москва (1971), т. 15, № 10, 2674.
  • С.М.Гаджиев, .Г.Бахышов, А.А.Кулиев. "Исследование взаимодействия и процесса испарения в системе ". Изв. ВУЗ-ов "Хим. и хим. техн.", 1972, т.15, 14, стр.348.
  • С.М. Гаджиев, А.А.Кулиев и др. "Взаимодействие и состав пара в системе мышьяк-йод". Изв.АН.ССС, "Неорган. Мат.", 1972, т.8, № 1, стр.62.

Sərdar Hacıyev ona qədər aspirantı namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Atestasiya Komissiyasında Ekspert Komissiyasının üzvüdür.

  1. S. M. Hacıyev "Qeyri-üzvi birləşmələrin fiziki-kimyəvi xassələrinin modelləşdirmə üsulları" Bakı, 2006, s.160
  2. S. M. Hacıyev, M. M. Hacıyev "Şüşə və odadavamlı materialların istehsalı texnologiyası" Bakı, 1999, s.67
  3. S. M. Hacıyev, V. Ə. Əliyev "Fiziki kimyəvi analizdən praktikum" Bakı, 1993, s.131
  4. S. M. Hacıyev "İstilik effekti və temperaturun təcrübi təyini üsulları" Bakı, 1990, s.52
  5. S. M. Hacıyev, S. E. Mirzəliyeva "Termokimya" 2009.