Sərdar məscidi və məktəbi Qumlaq məhəlləsindəki Təbriz küçəsinin tükənəcəyində yerləşərək Qəzvinin ən gözəl dini məktəblərindən biridir. Bu iki qatlı tikilinin qurucuları Məhəmməd Həsən Xan və Məhəmməd Hüseyn Xan Sərdar adlı iki qardaşdır. Bu iki qardaş Fətəli şah Qacarın sərdarlarından olmaqla İlk Qacar dönəmində Qəzvinin görkəmli şəxsiyyətlərindən imişlər. məktəb məscidindən başqa, iki qardaş Qəzvin şəhərində iki ovdan və hamam da tikdilər.[2]
Sərdar məscidi (Qəzvin) | |
---|---|
Ölkə | İran |
Şəhər | Qəzvin |
Yerləşir | Qumluq/Qumlaq məhəlləsi, Təbriz küçəsi |
Sifarişçi | Həsən Xan və Hüseyn Xan Sərdar[1] |
Tikilmə tarixi | 1816[1] |
Üslubu | Azərbaycan memarlığı |
Vəziyyəti | yaxşı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu tikilinin girişi böyük bir eyvana girən və hər iki yandan iki nefə çıxan quzey yöndə yerləşir. Məktəbin gözəl və möhtəşəm girişi emaye çini və çiçək və bitkilərin, quşların və İslam xətlərinin motivləri ilə bəzədilmişdir. Məktəbin həyəti 1440 kvadrat metr sahəsi olan düzbucaqlıdır və zirzəmisi daşla, qalanı isə kərpiclə və rəngli plitələrlə bəzədilmiş ikimərtəbəli bir binaya malikdir. Həyətinin ətrafında, dörd yandan da, bənövşəyi bir kafel üzərində gözəl ağ Nəstəliq xəttində Möhtəşəm Kaşaninin şeirləri yazılmışdır. Həyətin ortasında isə qapalı bir hovuz var. Sərdar mədrəsə-məscidinin 32 otağı var ki ortada yerləşəm otaq başqalarından daha böyük olaraq dini dərslərin keçməsinə ayrılmışdır. Məscidin üstü kronik biçimli firuzəyi bir kiçik günbəzlə örtülmüşdür. Günbəz başının uzunluğu 1.20 m eni isə 40 sm dir.[3]