Sərhəd Məmmədov

Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Sərhad Məmmədov
1980 – 1987
Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1973 – 1980
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1935(1935-05-28)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2020(2020-11-22) (85 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi polkovnik-leytenant

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur.

Ailəli olmuşdur, 6 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir.

10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur.

Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur.

Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur. Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini olmuşdur. (2008-ci ildən). Eyni zamanda Lənkəran Dövlət Universitetinin valideynlər şurasının (2000-ci ildən) sədri də olmuşdur.