Sərnişin məşuqlar (isp. Los amantes pasajeros) — rejissor Pedro Almodovarın filmi. Filmin premyerası 8 mart 2013-cü ildə baş tutmuşdur.
Sərnişin məşuqlar Los amantes pasajeros | |
---|---|
isp. Los amantes pasajeros | |
Janr | Komediya |
Əsas mövzu | aviasiya |
Rejissor | Pedro Almodovar |
Ssenari müəllifi | |
Baş rollarda |
Antonio Banderas Penelopa Kruz |
Operator | Xose Luis Alkayne |
Bəstəkar | Alberto İqlesias |
Distribütor | Sony Pictures Classics[d] |
İlk baxış tarixi | 8 mart 2013[1] |
Filmin növü | Bədii film |
Müddət | 90 dəq. |
Büdcə | 18 mln $ |
Gəlir | 11.700.000 $[2] |
Ölkələr | İspaniya |
Dil | İspanca |
İl | 2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid |
IMDb | ID2243389 |
Peninsula şirkətinə məxsus Aerobus 340 Madriddən Mexikoya aviareys yerinə yetirir. Uçuş zamanı ciddi texniki nasazlıq aşkar edilir. Sərnişinlər məhkum olduqlarına xəbər tutduqda öz maskalarını çıxarmağa başlayırlar — öz sirlərini, qüsur və nöqsanlarını açmağa başlayırlar. Təyyarənin bortunda var: Faxas, Xossera və Uyo adlı üç gey-stüard, əsas pilot Alex Asero xoşbəxt ailə başçısı və biseksual stüard Xoserranın məşuqu, baxıcı Bruna — kişilərin ondan çox qorxduqları üçün hələ də bakirədir. Ümumilikdə filmin əsas süjeti indiki Avropa cəmiyyətinə ünvanlanmış satiradır. Təyyarənin düşməsi isə İspaniyanın iqtisadi böhranını simvolizə edir.