Sərvəoxşar santolina

Sərvəoxşar santolina

Sərvəoxşar santolina
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda İtaliyada və Aralıq dənizyanı ölkələrində bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-60 sm-ə çatan kol bitkisidir.Yarpaqlarının uzunluğu 3,5 sm-ə qədər olub,lələkvari bölünmüşdür.Cavan yarpaqları açıq-yaşıl,yaşlıları isə boz-gümüşü rəngdə,tükcüklüdür.Sarı rəngli ətirli çiçəkləri uzun çiçək saplaqlarında yerləşmişdir.İyun-avqust aylarında çiçəkləyir.Çobanyastığının qoxusuna bənzər güclü ətri vardır.Toxumları oktyabrda yetişir.Toxum və qələmlərlə çoxaldılır.

Günəşli,isti,quru torpaqlarda bitir.Sərt şaxtalarda yerüstü hissəsi donur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində introduksiya oçunmuşdur.Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir.

Çiçəkliklərdə,qazonlarda,müxtəlif kompozisiyaların qurulmasında qiymətli bitkidir.Yarpaqlarından alınan ekstraktlardan aromaterapiyada bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 842.