Sərvər Əliyev

Sərvər Bəhlul oğlu Əliyev (d. 22 yanvar 1966) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015), İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru (2017-ci ildən).

Sərvər Əliyev
Sərvər Bəhlul oğlu Əliyev
Doğum adı Sərvər Bəhlul oğlu Əliyev
Doğum tarixi (58 yaş)
Doğum yeri Sədərək, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2017

Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980–1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb.

İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir. Onun ifası müəlliminin çox xoşuna gəlir. Son kursda oxuyarkən Stratiyevin "Avtobus" tamaşasında baş rolu – Ağıllı obrazını Nəsir müəllim Sərvər Əliyevə verir. Onun bu işi də olduqca uğurlu alınır və imtahan komissiyasının üzvləri Sərvərin səhnə üçün doğulduqlarını vurğulayırlar. Sərvər Əliyevin İnstitutu bitirdiyi illər müharibə dövrünə təsadüf edir. 1990-cı ildə o, Sədərək rayonuna döyüşə yollanır. 1993-cü ilə qədər müəyyən fasilələrlə cəbhəyə gedib qayıdır. Həmin illər ərzində Asif Ağayevin təşkil etdiyi "Meydan" teatrında da fəaliyyət göstərir. Sərvər Əliyev 1993-cü ilin noyabr ayında mərhum rejissorumuz Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında aktyor ştatına qəbul olunub və teatrın fəaliyyətinin son gününə qədər bu sənət ocağında çalışıb. Burada bir sıra maraqlı və yaddaqalan obrazlar ifa edib. Sərvər Əliyev DGT-da C. Məmmədquluzadənin "Qurbanəli bəy" əsərində Pristav, "Ölülər" əsərində Şeyx Əhməd, V. Şekspirin "Yay gecəsində yuxu" əsərində Oberon, "Hamlet" faciəsində Klavdi, "Makbet" faciəsində Makduf, "Tədbirə qarşı tədbir" komediyasında Lizandr, Əli Əmirlinin "Onun iki qabırğası" komediyasında Cavanşir, "Varlı qadın" komediyasında Pəhlivan, "Kişi və qadın" əsərində Cəmil bəy, B. Vahabzadənin "Atamın kitabı" əsərində İxtiyar, Kamal Abdullanın "Şah İsmayıl" əsərində Şah İsmayıl, Q. Qorinin "IV Kin" əsərində Solomon, "Herostratı unudun" əsərində Tissofern, Mikloş Xubainin "Neron oynayır" əsərində Pallada və başqa obrazlar ifa edib. Sərvər Əliyev aktyorluqla yanaşı rejissor kimi də fəaliyyət göstərib. Meydan teatrında Ş. Qurbanovun "Sənsiz", İrəvan Dram Teatrında Akif Həsənoğlunun "Tənha payız yarpağı", DGT-da Mitroviçin "Gecə soyğunçuları", Stefan Sveyqin "Yad qadının məktubları", E. Hüseynbəylinin "İmperator", Ü. Hacıbəylinin "Ər və arvad", Əziz Nesinin "Bir az gəlirmisiniz" əsərlərinə quruluş verib. Sərvər Əliyev sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirərək orada H. Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Sədra, S. S. Axundov və A. Şaiqin "Qaraca qız" tamaşasında Piri baba, Hamsonun "Viktoriya" əsərində Mülkədar obrazlarını ifa etmişdir. Ayrıca bir sıra tamaşalarda da ikinci rejissor kimi fəaliyyət göstərib. 2014–2017-ci illərdə Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub. 2017-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.[1][2]

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[3] 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.

2024-cü ilin yanvar ayında ürəklə bağlı problemləə görə xəstəxanaya yerləşdirilib.[12]

Tamaşaya qoyduğu əsərlər

[redaktə | mənbəni redaktə et]

Ağdam Dövlət Dram Teatrında

  • "Gecə yarısı soyğunçuluq" (2015) (Miroslav Mitroviç)
  1. Salur Qazanın evi talandığı boy (film, 2001)
  2. Bir anın həqiqəti (film, 2003)
  3. Cavid ömrü (film, 2007)
  4. Böhtan (film, 2008)
  5. Cavad xan (film, 2009)
  6. Vəsiyyət (film, 2011)
  7. Həyat varsa (serial, 2012)
  8. Məhkumlar (serial, 2012)
  9. Muradına çatan Günəş (serial, 2012)
  10. Tək olanda qorxma... (teleserial, 2013)
  11. Ümid işığı (film, 2014)
  12. Qisas (serial, 2014)
  13. Fədakar (film, 2015)
  1. manera.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Manera.az. 03.10.2017. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  2. Kulis.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Kulis.lent.az. 03.10.2017. 2018-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  3. President. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  11. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  12. "Əməkdar artist xəstəxanaya yerləşdirilib". Oxu.Az (az.). 2024-01-09. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]