Sərvan Ağayev

Ağayev Sərvan İlyas oğlu (15 sentyabr 1973, Sumqayıt19 iyun 1992, Aterk, Ağdərə rayonu) — Qarabağ müharibəsi şəhidi.

Sərvan Ağayev
Ağayev Sərvan İlyas oğlu
Şəxsi məlumatlar
Digər adı Sərvan Ağayev
Doğum tarixi 15 sentyabr 1973(1973-09-15)
Doğum yeri
Vəfat tarixi 19 iyun 1992(1992-06-19) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri Bakı, Şəhidlər Xiyabanı
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Həsənriz (Aterk) uğrunda 40 Şəhid. Sərvan Ağayev, Yusif Qasımov

Həyatı[redaktə | mənbəni redaktə et]

1973-cü il sentyabrın 15-də Sumqayıt şəhərində dünyaya gəlib.1979-1987-ci illərdə şəhərdəki 31 saylı orta məktəbdə səkkizillik təhsil alıb. 44 saylı texniki peşə məktəbində təhsilini davam etdirərək, qaynaqçı peşəsinə yiyələnib.23 aprel 1992-ci ildə Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Bir qədər sonra Daxili Qoşunların “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi şalışmışdır.[1][2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli müvafiq Fərmanı ilə sıravi Sarvan Ağayev Respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Əliyevin “Sumqayıtın qan yaddaşı” adlı 3-cü kitabı
  2. Yalçın Abbasovun Həsənrizdə şəhid olmuş döyüşçülərimizə həsr etdiyi və «Əsgər» qəzetində çap olunmuş «Aterk döyüşünü xatırladan məzar» başlıqlı məqaləsi
  3. "Arxivlənmiş surət". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-11.