Sərxan Həşimov

Sərxan Həşimov (Həşimov Sərxan Qasım oğlu; d. 26 yanvar, 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — "Microsoft" Azərbaycan nümayəndəliyinin rəhbəri, "Microsoft" MDB nümayəndəliyinin idarə heyətinin üzvlərindən biri.[1][2][3]

Sərxan Həşimov
Həşimov Sərxan Qasım oğlu
Sərxan Həşimov
Sərxan Həşimov
Doğum tarixi (39 yaş)
Doğum yeri Azərbaycan SSR, Bakı
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Maliyyə menecmenti
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti Microsoft şirkətinin Azərbaycan nümayəndəliyi rəhbəri

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərxan Həşimov 1984-cü ilin yanvar ayının 26-da Bakı şəhərində anadan olmuşdur.[1][4]

Təhsili[redaktə | mənbəni redaktə et]

1990–2000-ci illər ərzində Bakı şəhəri 5 nömrəli orta məktəbdə təhsil almışdır. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr səviyyəsində təhsil almışdır. 2004–2006-cı illər ərzində Maliyyə Menecmenti üzrə magistr təhsili almışdır.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir, bir oğlu var. Vüqar Həşimovun qardaşıdır. Asudə vaxtlarında peşəkar şahmatla məşğul olur.[1][4]

Karyerası[redaktə | mənbəni redaktə et]

Sərxan Həşimov HP, "Oracle" və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb. O, iki il ərzində "Oracle" şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, ən yaxşı işçilərdən biri seçilib.[2][4] Sərxan Həşimov irimiqyaslı layihələrin idarə edilməsi, məsləhətlərin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Sərxan Həşimov "Microsoft"un MDB üzrə İdarə Heyətinin üzvü seçilib
  2. 1 2 ""Microsoft Azerbaijan" və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb". 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-12.
  3. Mr. Sarkhan Hashimov – Azerbaijan
  4. 1 2 3 Find photos and biographies of Microsoft Europe Leadership and Country Managers

Həmçinin bax[redaktə | mənbəni redaktə et]