Sərxan Qasımov

Sərxan Vaqif oğlu Qasımov (28 dekabr 1995, Dağ Kəsəmən, Ağstafa rayonu27 dekabr 2013, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Sərxan Qasımov
Sərxan Vaqif oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 28 dekabr 1995(1995-12-28)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2013(2013-12-27) (17 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərxan Qasımov Vaqif oğlu 28 Dekabr 1995-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 2001–2012-ci illərdə Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbində 11 illik orta təhsil alıb. Eyni zamanda Qazax rayon musiqi məktəbinin muğam söbəsini bitirmiş və müxtəlif muğam müsabiqələrində iştirak edərək qalib olmuşdur. 2013-cü ildə hərbi xidmətə çağrılmış və Tərtər rayonunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə vəzifəsi baş atıcı idi. Sərxan Qasımov xidmətdə olduğu müddətdə Tərtər rayon Çaylı kəndində döyüş bölgəsində ön xətdə olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sərxan Qasımov 2013-cü ildə, dekabrın 27-si Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 28-i isə Sərxan Qasımov son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Sərxan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]