Səssiz ev — Orxan Pamukun Cövdət bəy və oğullarından sonra yayımlandığı ikinci romanı(1983).Roman 3 nəfərin nənələrini ziyarət etmək üçün İstanbul yaxınlığındakı Cənnəthisar qəsəbəsində keçirdikləri həftəni anlatır.
Səssiz ev | |
---|---|
Sessiz ev | |
Müəllif | Orxan Pamuk |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1983 |
Nəşriyyat | Qanun nəşriyyat |
Səhifə | 416 |
Növ | Ədəbiyyat, Roman |
Səssiz ev romanı 32 fəsildən ibarətdir. Hər bir fəsil bir obrazın dilindən izah edilir. Roman qurğusunda göründükləri sıra ilə beş anlatıcının adları belədir: Rəcəb, Böyükxanım, Həsən, Fərrux, Metin. İlk fəslin anlatıcısı Rəcəb, son fəslin anlatıcısı isə Böyükxanımdır. Anlatıcıların hər birinı düşən fəlis sayı, çoxdan aza doğru belədir: Həsən (8bölüm), Böyükxanım (7bölüm), Rəcəb (6bölüm) , Fərrux (6bölüm), Metin (5bölüm). İzah etdikləri fəsillər əsasında obrazlar:
İzah edən | Fəsil |
---|---|
Rəcəb | 1, 6, 13, 19, 27, 30 |
Büyükxanım | 2, 7, 11, 16, 23, 29, 32 |
Həsən | 3, 8, 12, 17, 20, 22, 26 , 31 |
Fərrux | 4, 9, 14, 18, 24, 28 |
Metin | 5, 10, 15, 21, 25 |
Yer: Cənnəthisar
Zaman: İyul 1980. Hadisələr 12 sentyabr 1980 hərbi çevrilişindən təxmini bir ay əvvəl baş verir. Ona görə də roman böyük bir siyasi gərginliyin izlərini daşıyır.
Behcet Necatigil "Ədəbiyyatımızda əsərlər sözlüyü" kitabında səssiz evin süjetini belə ümumiləşdirir:
•Roman Gebzeyə bağlı Cənnəthisarda köhnə, böyük, səssiz bir evdə başlayır. Evin sahibi yaşlı, yalnız, dərdli bir qadındır:Fatma xanım (Roman boyunca böyük xanım və ya nənə olaraq adlandırılır). Evin bütün işlərindən cırtdan Rəcəb məhsuldur. Nənəni yedirib-içirtmək, yatdırmaq, qabları yumaq, evi süpürmək və bazara getmək həmişə onun vəzifəsidir.Nənənin üç nəvəsi bir həftə qalmaq üçün ertəsi gün buraya gələcəklər. Bunun üçün evdə ediləcək hazırlıqlar tamamlanır.
•Fatma xanım gecə yatağında nəvələrini düşünür, onlarla nəyi və necə danışmalı olduğunu planlaşdırır. Ölən əri Səlahəddin bəyi xatırlayır. Həyatı film kimi gözünün önündə parlayır. Həkim Səlahəddin bəy azad düşüncəli biridir. İttihad və Tərəqqi idarəçiliyini bəyənmir. Buna görə də Talat paşanın təkidi ilə İstanbuldan Gebzeyə getmək məcburiyyətində qalmışdır. Hal-hazırda Fatma xanımın oturduğu ev sürgün illərində inşa edilmişdi.
•Nəvələr təyin olunan gündə gəlirlər. Ən böyükləri olan Fərrux tarixçidir, universitetin dosentidir. Nilgün sosiologiya tələbısidir, inqlabçıdır. Metin orta məktəbdə oxuyur. Amerikaya getməyi və orada varlı olmağı planlaşdırır. Söhbət davam edərkən Rəcəb süfrəni hazırlayır. Yeməkdən sonra Fərrux və Nilgün uzun söhbət edirlər. Metin dostu Vedatı axtarır və birlikdə varlı uşaqların yaratdığı bir cəmiyyətə qatılırlar. Metinin orada tanış olduğu Ceyran adlı qızdan çox xoşu gəlir.
•Sonrakı gün Böyükxanım ilə nəvələri Səlahəddin bəyin məzarını ziyarət edirlər. Orada dua edirlər. Fatma xanım özünü saxlaya bilməyib ağlayır. Nəvələrinin duyğusuzluğuna üzülür. Fərrux Gebze prefekturasının arxivində araşdırma aparır. Əvvəlki qəzet və jurnallarla məhkəmə sənədlərini təhlil etməyə başlayır. Bundan böyük bir zövq alır. Məqsədi bölgənin keçmişini gün üzünə çıxarmaqdır. Axşamüstü süfrədə o gün oxumuş olduğu sənədləri stol arxasındakılar ilə müzakirə edir. Metin hır gün doyunca gəzib-əylənir, yeyib-içir. Sərxoş olduğu bir anda Ceyrana sevgisini açıqlayır amma qız ona fikir vermir.
•Rəcəb evdəki işlərini bitirdikdən sonra gecəyə yaxın gəzməyə çıxır. Yalnız bir şəkildə küçələri gəzir. Gənclərin boyuna görə onu lağ etmələrindən çəkinir. Rəcəbin qardaşı oğlu Həsən sağçı bir terorçudur. Gecələr təşkilat yoldaşları ilə birlikdə yollarda və divarlarda afişalar asırlar, kommunizm və sosializmi ləkələyən sözlər yazırlar. Gün ərzində dükan sahiblərindən təhdid və saxta qəbzlərlə pul yığırlar. Həsən Nilgünün uşaqlıq dostudur və ona meyllidir. Qız bunu hiss edir amma Həsən ilə üz-üzə gəlmir. Hər gün, səhər tezdən bir kitab ilə sahilə çıxır, orada kitabını oxuyur və dənizə gedir. Qayıdanda bir Cümhuriyyət qəzeti alır. Həsən onu izləyir və solçu olduğunu başa düşür. Vəziyyəti dostlarına açır. Dostları onun belə bir qıza meyl etməsinə yaxşı yanaşmırlar. Əsəbləşirlər. Aralarında razılağa gəlirlər. Qızın yolunu kəsməyi və ona bir pislik etməyi planlaşdırırlar. Həsən dənizdən qayıdan Nilgünün qarşısına çıxır. Məqsədi dostlarının planını Nilgünə danışmaqdır. Nilgün isə onu dinləmir. "Pis ,faşist" deyə bağırır. Hal belə olduqda Həsən əsəbləşir və qızı küçədə döyüb qaçır. Nilgünü Rəcəb və əczaçı xanım evə gətirir. Əczaçı xəstəxanaya getməyini məsləhət görülür amma Nilgün razı olmur.
•Gecə üç uşaq toplaşır ,gündüz baş verənləri müzakirə edir və ertəsi gün İstanbula qayıtmağı qərara alır. Rəcəb səhərəyaxın uşaqların qərarını Böyükxanıma xəbər verir. Gənclər səhər yeməyindən sonra onunla vidalaşacaqdılar. Səhər yeməyindən sonra Nilgünün başı fırlanır, ürəyi bulanır. Gedib uzanır. Vəziyyəti get-gedə ağırlaşır. Sonda beyin qanamasından ölür. Gənclər təəcüblənirlər və məyusluqdan nə etməli olduqlarını bilmirlər. Böyükxanım isə yuxarıda onların vidalaşmaq üçün gəlməyini gözləyir. Rəcəbi çağırır amma o da gəlmir. Aşağı mərtəbəyə düşməyə çalışır amma bacarmır. Yatağına uzanır və yorğanı üstünə çəkir. Ev tamami ilə sükuta qərq olur. Həsən stansiyaya gedir. Orada bir qəzet alır və Nilgünlə bağlı bir xəbər varmı deyə baxır. Qatara minir və Cənnəthisardan çıxıb gedir.
Rəcəb
Rəcəb Qaradaş– O da qardaşı İsmayıl kimi həkim Səlahəddinin anaları ilə qeyri -qanuni münasibətindən dünyaya gəlmişdir. İki qardaş da "əlil"dirlər. Rəcəb cırtdan, İsmayıl isə topaldır. Rəcəbin düşüncə tərzində hardasa mistik bir şeylər vardır: Yunis peyğəmbəri düşünməsi,mədə və başqa şeylərə mistik yanaşması. Özəlliklə Böyükxanım ona mənfi xarakter yükləyir,həmişə kobud olduğunu deyər,həmişə ona üstdən aşağı baxardı.
Fatma
Romanda Böyükxanım ya da nənə olaraq adlandırılır. Roman başladığı zaman əri Səlahəddin ölən illər olmuşdur. Nilgün, Fərrux və Metinin nənəsidir. Rəcəb əri Səlahəddinin qeyri-qanuni evladıdır. Doxsan yaşındadır.
Həsən
İsmayılın oğludur. 18 yaşındadır. Hadisələri nağıl etmə şəklindən məktəblə problemləri olduğu aydın şəkildə özünü göstərir. Atasının təhslillə bağlı xəyallarını qarşılamaz,siyasi hərəkatlara qatılır.
Fərrux
Tarixçi, universitet müəllimi,dosentdir. Evlənib amma övladı dünyaya gəlməyib. Boşandığı həyat yoldaşı Səlma başqası ilə evlənib.
Metin
Cənnəthisara gəldiyi zaman məktəbli idi. (1980 yay). Ən böyük xəyalı valrı olmaq və Amerika idi. Bacısı Nilgün ilə fərqli düşüncələrin insandırlar. Varlıların övladlarına dərs keçir. Markaları çox sevir. Ceyrandan xoşu gəlir.
Nilgün
Nilgün Darvınoğlu– Cənnəthisara gəldiyi yay(1980) etibarilə sosiologiya birinci kursu bitirmişdir. Metinin şərhi: " Tam bir koministdir o". Hələ üç yaşında ikən anasını itirmişdir. Sevgi-nifrət münasibətilə ona bağlanan uşaqlıq dostu Həsənin onu döyməsi nəticəsində beyin qanamasından dünyasını dəyişir. Fərrux öz əsərini ona həsr edəcəkdir.
Səlahəddin
Səlahəddin Darvınoğlu(1881-1942)-Böyükxanımın əridir. Siyasi həyatın xəyal qırıqlıqlarını üzərindən atmaq üçün özünü 48 cildlik ensiklopediyasına verir. Sonralar cild sayını 54ə qaldırsa da əsla onu tamamlaya bilmir. Pozitivist elm anlayışına sahibdir. Hər gün iki şüşə içki içir.
Ceyran
Metinin sevdiyi qız
Həsənin dostları
Mustafa və Sərdar
Doğan
Doğan Darvınoğlu(1915-1967)– Bir müddən Kemah bölgəsində işlədikdən sonra Cənnəthisara anasının yanına qayıdır. Fərrux, Nilgün və Metinin atasıdır. O da atası kimi bir müddət sonra alkagola başlayır
Gül
Gül Darvınoğlu(1922-1964)– Fərrux, Nilgün və Metinin anasıdır. Gül haqqında arıq, səssiz, varla yox arası biri kisi söz edirlər. Onu pişiyə bənzədirlər.
İsmayıl
Rəcəbin qardaşı. Topaldır.
Metinin dostları
•Cüneyt
•Fəxrünisə
•Fikrət
•Funda-vedatın bacısı
•Gülnur
•Hülya
•Mehmed
•Səlcuq və bacısı
•Turan
•Turgay
•Vedat
•Zeynəb
Cənnəthisar əsnafı
•çaycı Cəmil
•sütcü Nevzat və həyat yoldaşı Cənnət
•qəssab Mahmud
•balıqçı Rasim
•baqqal Nəzmi
•əczaçı Kəmal bəy və həyat yoldaşı
Orxan və Şövkət
Orxan(Pamuk) və Şövkət (Pamuk) qısa bir neçə cümlə ilə romanda yer alırlar.
Orxan Pamukun səssiz ev əsəri ilə bağlı düşüncələri əsərin oxucular tərəfindən aydın şəkildə anlaşılmasında böyük rol oynayır
Yazarın romanına baxışı
Gənclərin kitablarım içərisində ən çox səssiz evi bəyəndiyini bilirəm. Bəlkə də,o kitabda mənim gəncliyimə,mənim ruhuma dair şeylər olduğundandır... Səssiz evdə yer alan gənclərin hər biri mən idim. Hər birində ayrı-ayrı gəncliyin ruh hallarını qurdaladım və əyləndim.
Səssiz evin gəncləri haqqında
Romandakı gənclərin mühiti, avtomobillərlə yarışlar, sərxoş olmaq, diskotekaya getmək, sahildə görüşmək və vaxt öldürmək kimi detallar da mənim və dostlarımın 1970 -ci illərin əvvəllərində Bayramoğlu Sahil məhəlləsindən aldığı hekayələrdəndir. Yazda bir dəfə ora getdik. Mən atalarından maşın alan, onları yarışdıran və parçalayan, lakin çox pis davranmayan bu gənclərin arasından gəlmişəm və onları tanıyıram. Romanı yazarkən onları ürəkdən xatırladım.
Səlahəddin bəy haqqında
Bu gün ölkəsini yalnız mədəni və köklü şəkildə dəyişdirməyi hədəfləyən tanışlar azdır. Təəssüf ki, Selahattin bəyin ensiklopedist nəvələri onun kimi öz ensiklopediyalarını yaza bilmirlər. Bu gün düşünürəm ki, fikir idxalçısı kimi Selahattin bəy qədər radikal deyilik. Nəticədə, Selahattin bəy kimi insanları aşağı qiymətləndirdiyimin düşünülməsini istəmirəm.
1984 Madaralı Roman Ödülü
1991 Prix de la découverte européenne (Avropa kəşf mükafatı)