Səttar Axundov

Axundov Səttar Mirzə Əli oğlu (5 dekabr 1914, Alxanlı, Qaryagin rayonu11 sentyabr 1994, Bakı) — dramaturq, folklorşünas.

Səttar Axundov
Səttar Mirzə Əli oğlu Axundov
Doğum tarixi 5 dekabr 1914(1914-12-05)
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 1994(1994-09-11) (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti dramaturq
Əsərlərinin dili azərbaycanca
İlk əsəri Çətin dərə

Səttar Axundov 1914-cü ilin aprel ayında Qaryagin qəzasının Alxanlı kəndində ruhani ailəsində doğulmuşdur. O, ömünün 34 ilini yaradıcılığa sərf etmişdir. 1942-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. İndiyədək dramaturqun M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ("Zərif tellər" 1951), Naxçıvan, Gəncə, Xankəndi ("Dostlar") və başqa dövlət teatrlarında, habelə bir sıra xalq teatrlarında 35 əsəri tamaşaya qoyulmuşdur.

Yazıçının 1941-ci ildə yazdığı "Çətin dərə" pyesinin mövzusu sovet adamlarının alman-faşist işğalçılarına qarşı vətənpərvərlik müharibəsindən götürülmüşdür. Əsər 1942-ci ildə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. "Çətin dərə" və "Qayğı" (1944) pyesləri M. Qorki adına Gənc Tamaşaçılar Teatrında oynanılmışdır.

S. Axundov bundan başqa iyirmidən artıq birpərdəli pyesin müəllifidir. Onun kiçik həcmli pyesləri, əsas etibarilə, Azərbaycan kəndlərində gedən geniş quruculuq işlərini əks etdirirdi.

Uzun müddət xalq yaradıcılığı evində işləməsi Səttar Axundovu Azərbaycanın xalq özfəaliyyət teatrlarına yaxınlaşdırmışdır. O, özünün kiçik pyeslərini yazarkən rayon mərkəzlərindəki klub və mədəniyyət evlərinin səhnə imkanlarını, habelə həvəskar artistlərin ifaçılıq səviyyəsini nəzərə almışdır. Bir çox şəhər və qəsəbələrin gəncləri S. Axundovun əsərlərini zəhmətkeşlər qarşısında tamaşaya qoymaqla həm onların ideyalarından qidalanmış, həm də teatr mədəniyyəti ilə yaxından tanış olmuşlar. Bu əsərlər isə dinləyici, oxucu və tamaşaçıları vətənə, əməyə, dostluq və sədaqətə, əxlaq prinsiplərinə məhəbbət, ictimai-mədəni inkişafın yolunda əngəl olanlara, vətənin düşmənlərinə nifrət ruhunda tərbiyələndirirdi.

Səttar Axundov 1949-cu ildən respublika xalq yaradıcılığı evində folklor şöbəsinin (poeziya bölməsində) baş metodisti işləyirdi. Onun bu sahədəki fəaliyyəti də çox səmərəli idi. O, 150 min misra aşıq şeiri, bayatı, atalar sözü, 15 dastan, 100 xalq nağılı və s. toplayıb nəşr etdirmişdir. 12 min misradan ibarət "Aşıqlar", "Dəniz haqqında nəğmə", "Çoban Əfqan", "Aşıq Bilal" və s. kitablarını da S. Axundov tərtib etmişdir.

Ədib yaradıcılığının hər iki qolunu ömrü boyu davam etdirmişdi. Həm xalq poeziyası nümunələrini toplayır, həm də yeni-yeni dram əsərləri yaratmışdı. Onun yazmış olduğu "Düşərgədə nişan" komediyasını Ağdam Dövlət Dram Teatrı öz repertuarına daxil etmişdi. Böyük sənətkar "Həyasız qonaq" komediyasını yazıb bitirmişdi.

Səttar Axundovun "Qaragilə", "Məhəbbət nişanəsi", "Eloğlu Araz" adlı kitabları var.

S. Axundovun şəxsi fondundakı materiallar əsasən folklora aiddir. 30 ildən çox çalışdığı bu işdə aşıq yaradıcılığını arayıb-axtarmış, 200-dən çox aşığın yazı nümunələrini toplamışdır. O, ədəbiyyata Böyük Vətən müharibəsi illərində (1941–1945) qələmə aldığı "Çətin dərə" adlı əsəri ilə gəlmişdir. Gənclərin cəbhədəki qəhrəmanlığından danışan bu əsər 1942–1943-cü illərdə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. Sonralar isə "Qayğı", "Dostlar", "Məhəbbət nişanı", "Məzəlizadələr", "Almasın qızları", "El gücü, sel gücü", "Nişan üzüyü" və s. pyesləri Naxçıvan, Gəncə, Ağdam, Xankəndi, Mingəçevir, Lənkəran Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur. "Zərif tellər" isə Akademik Milli Dram Teatrında göstərilmişdir.

Yazıçının dram əsərləri ilə yanaşı, bir çox hekayələri də diqqəti cəlb edir. "Araz əfsanəsi", "Güllü xalça" və s. hekayələri Azərbaycanın qədim xalçaçılıq sənətindən və digər maraqlı mövzulardan bəhs edir. Folklor şöbəsinin müdiri işlədiyi zaman Aşıq Teymur, Aşıq Ədhəm, Şeyda Əziz, Əli Məsimov, Aşıq Bisavad, Nəbi Bayramov, Alxan Babayev və başqalarının şeirlərini toplamışdır. Mir Mehdi Xəzaninin XIX əsrdə topladığı şeirlər dəftəri də çox maraqlıdır. Həmin dəftərdə Q. B. Zakir, M. S. Səbahi, M. P. Vaqif, Aşıq Pəri, Həsən Əli oğlunun şeirləri hələ də öz araşdırıcılarını gözləyir. S. Axundovun səliqəli arxiv sənədləri arasında aşıqların III qurultayının materialları da diqqəti cəlb edir.

S. Axundov irihəcmli pyeslərlə yanaşı 25-dən çox kiçikhəcmli pyesləri də vardır. Onun hələ sağlığında nəşr olunmuş "Dağlarda", "Məhəbbət nişanəsi", "Kənd ulduzları", "Günlər dayanmışdı", "Qaragilə", "El oğlu" kitablarından başqa Xalq yaradıcılığı evinə təqdim etdiyi bir neçə kitabı da var.

  • "Qaragilə",
  • "Məhəbbət nişanəsi",
  • "Eloğlu Araz"
  • Ənvər Çingizoğlu. Axundovlar: Adını böyük bir obaya vermiş kişinin nəsli. "Soy" elmi-kütləvi dərgi, 2009, № 9, səh.19–24.