Səxavət Nur

Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor.

Səxavət Nur
Səxavət Xudabaxış oğlu Nurullayev
Doğum tarixi (44 yaş)
Doğum yeri Quba, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub.

1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub.

Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib.

2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.

2008-ci ildə yaradılan Xəzər FM radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub.

2010-cu ildə Xəzər TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib.

2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.

2007 - 2011-ci illərdə Azərbaycan Televiziyasının və Heydər Əliyev Fondunun layihəsi olan "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi faəliyyət göstərib.

2012 - ci ildə Araz FM radiosunun müdiri və baş redaktoru təyin olunub.

2013 - cü ildə Araz fm və Xəzər Tv- nin birgə layihəsi olan "İmza Mən" verilişinin layihə rəhbəri və aparıcısı olub.

2014 - cü ildə ABŞ- a köçüb və hazırda Vaşinqtonda yaşayır.

2018 - cil ildə "Xəzər" Teleradiosunun dəvəti ilə Bakıya qayıdıb və bir müddət "Xəzər Fm" və "Araz FM" radiolarının rebranding- ni edib.

2019-2020-ci illərdə REAL TV-nin ABŞ bürosunun müxbiri vəzifəsində çalışıb.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Çaqqal nəfəsi (film, 2013)

İstinadlar[redaktə | mənbəni redaktə et]