Səyavuş Məmmədzadə

Məmmədzadə Səyavuş İmran oğlu (2 oktyabr 1935, Bakı3 sentyabr 2022) — şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1964). "Əməkdar incəsənət xadimi" (27.01.2003).

Səyavuş Məmmədzadə
Səyavuş İmran oğlu Məmmədzadə
Doğum tarixi 2 oktyabr 1935(1935-10-02)
Doğum yeri
Vəfat tarixi 3 sentyabr 2022(2022-09-03) (86 yaşında)
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2003

Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953–1958). Ədəbi fəaliyyətə tələbəlik illərindən başlamışdır. "Sınaq" adlı ilk şeiri və A. Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləmişdir. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirmişdir (1959–1966). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri (1967–1976), Azərbaycan Yazıçılar Birliyində referent-məsləhətçi (1977–1995) vəzifəsində işləmişdir. Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxmışdır.

Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirmişdir.

Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı (1979–1981) olmuş, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilmişdir.

Bolqarıstanda dəfələrlə yaradıcılıq ezamiyyətində olmuş, klassik macar şairi Endre Adinin anadan olmasının 100 illiyi yubileyində iştirak edən Sovet nümayəndə heyətinin tərkibində Macarıstana getmişdir (1977).

3 sentyabr 2022 tarixində dünyasını dəyişmişdir.[1]

  • "Əməkdar incəsənət xadimi" — 27.01.2003[2]
  • 1.Небо. Баку: Азернешр, 1968, 78 стр.
  • 2.Тверской бульвар (повести). Баку: Гянджлик, 1971, 112 стр.
  • 3.Самоутверждение (стихи, переводы). Баку: Азернешр, 1976, 126 стр.
  • 4. Bir yuxusuz gecə (oçerklər). Bakı: Gənclik, 1976, 56 səh.
  • 5.Ночные яблоки (рассказы). Баку: 1979, 120 стр.
  • 6. Günəbaxan insanlar (şeirlər). Bakı: Yazıçı, 1983,
  • 7. Komendant saatı (şeirlər). Bakı: Gənclik, 1995, 45 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(rus dilinə)

  • 1.Кямал Талыбзаде. Аббас Сиххат. Баку: Детюниздат, 1963,
  • 2.Мамед Араз. Пой Аракс. M.: Советский писатель, 1966, 66 стр.
  • 3.Сохраб Тахир. Песня мужества. M.: Советский писатель, 1966, 90 стр.

(bolqar dilindən):

  • 1. Bolqar hekayələri. Bakı: Yazıçı, 1980, 120 səh.
  • 2. Georgi Strumski. Odlar yurdu. Bakı: Yazıçı, 1982, 90 səh.
  • 3. Yordan Milev. İnsanlar və səhralar. Bakı: Yazıçı, 1983, 200 səh.
  • 4. Bolqar çələngi. Bakı: Yazıçı, 1987, 276 səh. (şərikli)
  1. "Arxivlənmiş surət". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  2. ""Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli, 846 nömrəli Fərmanı". e-qanun.az. 27 yanvar 2003-cü il. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.