Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
SACLOS (ing. Semi-Automatic Command to Line of Sight azərb. Görmə Xəttinin Yarım Avtomatik Komandası) termini ikinci nəsil raket başlığı sistemidir. Bu sistemdə, raket atıldıqdan sonra operator hədəf vurulana qədər hədəfi işarələməyə davam edir. Bu iş üçün elektron işarələmə sistemləri istifadə olunur.
SACLOS-da iki növ işləmə sistemi mövcuddur:
Nişangah hədəfin yeri ilə və raketin marşrutunu hesablayır. Raket atıldıqdan sonra sistem hədəfdəki vəziyyəti və raketin dəqiq marşrutunu hesablamağa davam edir. Əgər raketin marşrutu hədəf yolundan çıxarsa, sistem raketə yeni bir uçuş marşrutu verir və onu düzəldir.
Bu düzəlişi edərkən sistem radio siqnallarından və ya bir kabeldən (simdən) faydalanır. Radio siqnallarının istifadəsinin mənfi tərəfi budur ki, düşmən qarışdırma siqnalları yaradan jammer cihazları istifadə edərək raketi hədəfdən kənar bir nöqtəyə yönəldir. Simli sistemin maksimum diapazonu məhduddur.
Şüa başlıqlı SACLOS sistemində, nişangah nizamı hədəfin yaydığı radiasiyanı izləyir. Bu sistemdə üç fərqli yol izlənilir. Əvvəlcə raketin içindəki sensorlar operator tərəfindən göndərilən hədəf şüasını izləyir. İkincisi, raketin burnundakı qəbuledicilər hədəfdən dönən radar siqnallarını izləyir. Üçüncüsü, raket hədəfin yaydığı şüaları izləyir. Raketin içindəki elektron sxemlər şüanı mərkəzləşdirərək hərəkət edirlər.
SACLOS sisteminin ilkin olduğu dövrlərdə ən çox istifadə edilən metod radar siqnalları idi. Çünki, hər halda, təyyarə raketin radar siqnalını tutacaqdı. Bununla birlikdə, şüa ilə idarə olunan raketlər düz bir uçuş yolu ilə hərəkət etdiyinə görə, yüksək sürətli hədəflərə qarşı, məsələn, təyyarələrə qarşı effektiv deyildilər. Bu səbəbdən bir çox zenit raketləri düz bir şüa kursunu izləmək əvəzinə öz hədəf istiqamətini izləyir.
Günümüzün inkişaf etmiş şüalandırma sistemlərində raket istifadə edən şəxs bunun üçün lazer şüasından istifadə edir. Hədəf lazerlə işarələndikdən sonra atılan raketin başlığındakı qəbuledicilər hədəfdəki lazer şüasını izləyirlər. Bu sistem yarımeffekli radar hədəfləmə sisteminə oxşar olduğu üçün yarımeffekli lazer hədəflənmə də adlanır.