Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir. Lakin əksər hallarda SCADA sistemi proqram–aparat kompleksi olaraq başa düşülür. SCADA termininin oxşar olaraq başa düşülməsi telemetriya üçün daha çox xarakterikdir. SCADA termininin mənası texnoloji proseslərin avtomatlaşdırılması və idarə olunması texnologiyalarının inkişafı ilə yanaşı bir sıra dəyişikliyə məruz qalmışdır. Ötən əsrin 80-ci illərində SCADA sistemi hər şeydən əvvəl real vaxt verilənlərinin toplanmasının proqram–aparat kompleksi kimi başa düşülürdü. 90-cı illərdən başlayaraq SCADA termini daha çox TP AİS-in insan–maşın interfeysinin, ancaq proqram hissəsinin təminatı kimi istifadə edilir. İstehsalat proseslərinin idarəetmə sistemlərinin reallaşdırılması xüsusi proqram paketləri vasitəsilə yerinə yetirilir. Bu proqram paketlərini şərti olaraq aşağıdakı siniflərə bölmək olar:
Aşağıdakı tipik müasir SCADA sisteminin arxitekturasının və funksional imkanlarının qısaca yazılışı verilmişdir. Tipik SCADA sisteminin tərkibinə aşağıdakı alt sistemlər daxildir: cizgi mühitin işlənməsi və əlavələrin buraxılması, arxivlərin, qəzaların, keçmələrin. Əlavələrin işlənməsi və buraxılması cizgi mühiti (Graph WorX32) TP AİS – in operatorunun avtomatlaşdırılmış iş yerinin işlənməsini (AİY) və cizgi mnemosxemlərində görüntü avadanlıqlarını birləşdirir. TP AİS – in yuxarı səviyyəsi operativ dispetçer idarəsini və nəzarət olunan texnoloji parametrlərin vizuallaşdırılmasını təmin edən avadanlıqlardan ibarətdir. Mnemosxemlər (ekran formaları) yerləşdirilmiş şəkil avadanlıqları, həm də müxtəlif istehsalçıların idarəedici elementləri ActiveX əsasında yaradılır. AİY – nin tipik ekran formasının strukturu aşağıdakılardır: ümumi parlaq – boz fon (~25%), operatori panelinin yuxarı hissəsində idarəetmə paneli təsvir olunur və onun üzərində bütün mnemosxemlər üçün ümumi olan düymələr yerləşdirilir ("istifadəçinin növbəsi", "ümumi həyəcanlandırıcı məlumatlar" və "trendlər"), idarəedici panelinin aşağıdakı ekranların seçilməsi piktoqramları ilə keçidlər paneli və formalar arası oxlarla göstərilən keçidlər yerləşdirilir, ekranın aşağı hissəsində həyəcan və qəza hadisələrinin pəncərəsi təsvir edilir, ekranın sağ hissəsində keçid panelinin altında ən vacib qəza parametrlərinin və rejimlərin indikatorları yerləşdirilir, ekranın çox yuxarı hissəsində idarəetmə panelində loqotipin təsviri göstərilir, ekranın sağ yuxarı hcissəsində idarəetmə panelində gün və saat göstərilir, mərkəz üzrə yuxarıda keçid panellərində avtomatlaş-dırma obyektinin adı göstərilir, mərkəzdə isə avtomatlaşdırma obyektinin cari mnemo sxemi olur.
Daha dəqiq işlənmiş və layihələndirilmiş sistemlərdə bu imkanlar müəssisənin işinin yaxşılaşdırılmasına, eyni zamanda gəlirin artırılmasına səbəb olur. Ancaq belə sistemlərin işlən-məsində mühəndislər adətən bir mühüm aspekti nəzərdən qaçırırlar ki, avadanlıqlardan hər hansı biri sıradan çıxarsa nə baş verər? Bunlar aşağıdakı paraqraflarda izah olunur.
Müasir dispeçer sistemlərində idarə prosesinin xüsusiyyətləri aşağıdakılardır: SCADA prosesi, insanın iştirakı mütləq vacib olan sistemlərdə tətbiq edilir; SCADA prosesin, hər hansı düzgün olmayan təsirlər nəticəsində idarəetmə obyektinin işinin dayanmasına və ya hətta faciəli sonluqlara gətirib çıxara biləcək sistemlər üçün işlənib hazırlanmışdır; bir qayda olaraq operator sistemin idarə olunması üçün məsuliyyət daşıyır və belə idarəetmə ancaq bəzi hallarda normal şəraitlərdə optimal məhsuldarlığa çatmaq üçün parametrlərin sazlanmasını tələb edir; operatorun idarəetmə prosesindəki iştirakı tez – tez baş vermir, bu ancaq o vaxt olur ki, müəyyən zaman anında qarşısı çox çətinliklə alına biləcək kritik hadisələr baş vermiş olsun (ştatdan kənar hallar və s.); kritik hallarda operatorun sistemə təsiri vaxta görə, kəskin məhdudlaşa bilər (bir neçə dəqiqələrlə, hətta saniyələrlə).
Enerjiyə qənaət problemlərinin həllində əsas vacib istiqamətlərdən biri də, istifadə olunan enerjinin hesabatının avtomatik aparılmasına və dövrələrin rejimlərinin avtomatik tənzimlənməsinə imkan verən vahid informasiya sisteminin yaradılmasıdır. Enerji ehtiyatlarına qoyulan tariflərin daim artdığı bir şəraitdə, istifadəçilər istiliyin, buxarın, elektrik enerjisinin alınan real həcminə nəzarət etmək haqqında daim düşünməli olurlar. Adətən enerji ehtiyatları təchizatçısı bir qayda olaraq öz itgilərini istifadəçinin ünvanına yazır. Buna görə də nəyin ki, təkcə istifadəçi həm də tədarükçü də itginin analizi ilə məşğul olmalıdır. Enerji ehtiyatlarının texnoloji hesabatı onlar üçün öz təsərrüfatlarını yeniləşdirmək (müasirləşdirmək), qaydalara əməl etmək və sonda bazarda rəqabət qabiliyyətini artırmaq deməkdir. Son illər enerji ehtiyatlarının problemlərinin həlli gətirib o yerə çıxartmışdır ki, komunal təsərrüfatlarda enerji ehtiyatlarının hesabatını aparan müasir cihazların quraşdırılması üzrə müxtəlif proqramlar işlənib hazırlanmış və tətbiq edilmişdir (istilik təchizatı sistemlərində, su təchizatı, çirkab sularının yığılması və təmizlənməsi, elektrik təchizatı və s.). Bütün bu məsələlərin, eləcə də dispetçerləşdirmə problemlərinin uyğun həlli üçün SCADA sistemləri intensiv olaraq tətbiq edilməkdədir. SCADA (Supervizory Control And Data Acquisition) sistemləri isə səpələnmiş kənar obyektlərdən informasiyaları toplayan, onları real vaxtda işləyən, analiz edən və sonda kənarlaşdırılmış obyektləri idarə edə biləcək prosesləri həyata keçirən sistemlərdir. Hazırkı vaxtda müxtəlif firmaların müxtəlif açıq SCADA sistemləri geniş yayılmışdır və bazara çıxarılmaqdadır. Bu sistemlər bir – birindən strukturuna, funksional və texniki imkanlarına, eləcə də qiymətlərinə görə fərqlənirlər. Ən yaxşı nəticələrə o vaxt nail olmaq olar ki, qeyd olunan bütün məsələlər kompleks şəkildə həll edilsin. Bu planda kommunal təsərrüfat xidmətlərinə qoyulmuş cihaz və proqram kompleksləri aşağıdakıları həll etməyə imkan verir:
== WebSCADA ==
Web SCADA termini dedikdə bir qayda olaraq Web – texnologiyası əsasında insan – maşın interfeysi (HMİ), SCADA sisteminin reallaşdırılması başa düşülür. Bu halda incə kliyent rolunda çıxış edən standart brauzer vasitəsilə SCADA sistemə nəzarət və idarəetmənin həyata keçirilməsinə imkan verilir. Belə sistemlərin arxitekturası özündə Web SCADA serveri və kliyent terminalları – SK, KPK – ni və ya Web brauzerli mobil telefonundan ibarət olur. Kliyentlərin Web SCADA – da serverinə İNTERNET/ İNTRANT vasitəsilə qoşulması onlara, sadə web və ya wap səhifələri kimi tətbiqi avtomatlaşdırma məsələləri ilə qarşılıqlı təsir göstərmək imkanını verir. Lakin Web SCADA – nın verilmiş bu etapdakı inkişafı onun sənayedə geniş tətbiq səviyyəsinə çatmadığından, ötürülən informasiyanın mühafizəsi ilə əlaqədar mürəkkəbliklər mövcuddur. Bundan əlavə, mühafizə olunmayan əlaqələndirmə kanalları vasitəsilə idarə funksiyasının reallaşdırılması istənilən sənaye obyektinin təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Bununla əlaqədar olaraq əksər hallarda web – interfeyslər məsafəyə səpələnmiş kliyentlərə nəzarət etmək və verilənləri toplamaq məqsədilə istifadə edilir.
http://web2.anl.az:81/el_Z.php
http://www.genlogic.com/?gclid=EAIaIQobChMIr77xhPKt3gIVkRsYCh3RdgO8EAAYASAAEgIbUPD_BwE