SETI@Home

SETI@home loqosu

SETI@home və ya "SETI at home" (azərb. SETİ evdə‎) — SETI-yə (ing. Search for Extraterrestrial Intelligence) aid bir elmi layihənin adıdır. Bu layihə kainatdakosmosda zəkalı varlıqların axtarmasıdır. SETI@home yerdənxaric sivilizasiyaların radiosiqnallarının axtarılması məqsədilə könüllülərin kompüterlərinin sərbəst resurslarından istifadə edən elmi qeyri-kommersiya layihəsidir. Güman edilir ki, Yerdənxaric sivilizasiyalar radiorabitədən istifadə edəcəklər və yaxşı qəbuledicilər olsa, Yerdəki radiostansiyalar yaxın ulduz sistemlərindən gələn radiosiqnalları tuta bilər. Əgər radiosiqnallarda periodik təkrarlanan elementlər olarsa, çox güman ki, onlar süni təbiətə malik olmalıdır və, deməli, onların aşkarlanması Yerdənxaric texnologiyaların olmasını dolayısıyla təsdiqləmiş olacaq. Belə radiosiqnalların emalı üçün inanılmaz dərəcədə çoxlu hesablama gücləri (aparat və proqram təminatı) tələb olunur. Müştəri proqram təminatının ilkin kodu açıqdır (GNU General Public License) və layihənin iştirakçısı olan hər kəs istəyərsə, öz töhfəsini təkcə hesablamalara deyil, həm də proqram təminatının işlənib hazırlanması və testlənməsinə verərdi. Layihədə süni hesab edilə bilən siqnalların aşkarlanması üçün Aresibo (Puerto-Riko) rəsədxanasının radioteleskopundan alınan verilənlər emal olunur. Radioteleskopun şüalandırıcısından alınan verilənlər yüksək sıxlıqla maqnit lentinə yazılır (gündəlik informasiyanın həcmi təxminən 35-giqabayt olur). Emal zamanı verilənlər hər birində 1049600 bayt olmaqla 33000 bloka bölünür ki, bu blokların hər birində 1.7 saniyə müddətində teleskopdan gələn verilənlər yazılmış olur. Sonra 48 blok hesablama üçün 256 tapşırığa çevrilir və onlar layihə iştirakçılarının ən azı 1024 kompüterinə göndərilir. Emaldan sonra nəticələr layihə iştirakçılarının kompüterindən BOINC proqram təminatı vasitəsilə Berklidəki Kaliforniya Universitetinin (ABŞ) Space Sciences Laboratory (SSL) laboratoriyasına göndərilir.

Bu layihənin məqsədi "Yer kürəsindən başqa yerdə insanlar mövcuddurmu?" sualına cavab tapmaqdır.

SETİ sadəcə kainatdan yerə gələn radio dalğalarını dinləməkdir. SETİ layihəsi ən böyük Arecibo radio teleskobu və başqa radio teleskoblardan istifadə edir. Bu radio teleskoblar göydan gələn minlərcə radio dalğalarını alır və alimlər kompyuterlərlə o dalğaları çeşidli dillər, meyarlarla araştırıb və analiz edirlər. Bilinməyən və tanınmamış ağıllı yaşayışların radio dalğalarını başqa dalğalardan ayırmağa çalışırlar.

SETİ layihəsi 1992-ci ildə NASA-nın köməkliyi ilə başlandı. Ancaq 1994-cü ildən bəri NASA-nın Seti layihəsinə texnoloji və maddi dəstəkləri kəsilib və hal hazırda, özəl şirkətlər və şəxslər Seti qurumuna yardım edirlər.