Saşa Əliyev

Əliyev Saşa Əli oğlu (1951-2017) — ATU əsaslı kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Saşa Əliyev
Əliyev Saşa Əli oğlu
Saşa Əliyev və İsmayıl Məmmədli
Saşa Əliyev və İsmayıl Məmmədli
Doğum tarixi
Doğum yeri Göyçə mahalı, Basarkeçər rayonu, Qanlı
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əli
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saşa Əliyev 1951-ci il noyabrın 5-də Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Valideynlərini çox erkən itirən Saşa dayısı Əli Əliyevin himayəsində qalıb. 1958-ci ildə Torf 8 illik məktəbin 1-ci sinfinə daxil olur. 1968-ci ildə isə Çaxırlı kənd orta məktəbini bitirmişdir[1].

1971-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olur. 1977-ci ildə həmin fakültəni bitirir.

1972-ci ildən 1988-ci ilədək kənd klubunun müdiri işləyib. Eyni zamanda Şəfəq kənd orta məktəbində tarix və erməni dilindən dərs deyib. Rayonda dərc olunan “Vardenis” qəzetində məqalələri dərc olunub.

1988-ci ildən isə Bakı şəhərində yaşayır. Dövlət Statistika Komitəsi, Qaçqınlar Cəmiyyətində və müxtəlif cəmiyyətlərdə məsul vəzifələrdə çalışıb. Müxtəlif dövri mətbuatda deportasiya ilə bağlı maraqlı məqalələri dərc olunub.

1996-cı ilin may ayından Tibb Universitetinin əsaslı kitabxanasında direktor müavini işləyir.

2002-ci ildə Beynəlxalq Kitabxana Cəmiyyətinin xətti ilə İrəvanda keçirilən “Müasir dövrdə ali məktəb kitabxanalarının vəziyyəti” adlı seminarda iştirak edib.

2002-ci ildə “Dünyamızdan nigaranam” adlı şeir kitabı işıq üzü görüb.

2017-ci ildə vəfat edib.

  • "Dünyamızdan nigaranam", Bakı, Nurlan, 2002. 180 səh., 500 nüsxə.
  1. Niftalı Göyçəli. "Göyçə şairlərindən Saşa Əliyevin - Dünyamızdan nigaranam - şeirlər kitabından" (az.). davam.az. 04.11.2014 09:51. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]