Saat pavilyonu

Saat pavilyonu (fr. Pavillon de l'Horloge) —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir.[1]

Saat pavilyonu
fr. Pavillon de l'Horloge
Xəritə
48°51′38″ şm. e. 2°20′15″ ş. u.HGYO
Ölkə  Fransa
Şəhər Paris
Yerləşir I arondisman
Aidiyyatı Luvr muzeyi
Memar Jak Lemersye
Sifarişçi XIII Lüdovik
XIV Lüdovik
Tikilmə tarixi 16241654
Fransa tarixi abidələri
İstinad nöm.PA00085992
Flora pavilyonu (Paris)
Flora pavilyonu
Luvr sarayının planında pavilyon qırmızı ilə göstərilmişdir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (15851654) tərəfindən dizayn edilmişdir.[2] Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan (fr. horloge) qaynaqlanmışdır.[3] Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir.

Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.

Sülli pavilyonu

[redaktə | mənbəni redaktə et]

1850-ci illərdə tikilinin qərb fasadı Hektor Lefuelin layihəsi əsasında III Napoleon stilində tamamilə yenidən modellənir. Bundan sonra tikili həm də Sülli pavilyonu (Maksimilyen de Betyün Süllinin adı ilə bağlı) adı ilə tanınmağa başlayır.

  1. Bautier 1995, p. 43.
  2. Gady 2005, pp. 368–381.
  3. "Pavillon de l'Horloge | Musée du Louvre | Paris". 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.