Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Saatlı rayonunda yerləşən tarix-diyarşünasliq muzeyi.[1]
Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1983-cü il |
Mövzu | Tarix-diyarşunaslıq |
Ölkə | Azərbaycan |
Yerləşir | Saatlı rayonu |
Ünvan | Gənclər meydanı 5 |
Direktor | Sürəyya Muğanlı |
Telefon | 02128 5-34-65, +99450-584-47-66 |
Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildə yaradılmışdır. Muzeyin qarşısında duran vəzifələr maddi-mədəniyyət nümunələri toplayır, qoruyur, tədqiq və təbliğ etməkdir.[2]
Muzeyin binası 2012-ci ildə istifadəyə verilmişdir. 27 noyabr tarixindən Muzey yeni binasında fəaliyyətə başlayıb. Muzeyin tarix otağı , arxeoloji, etnoqrafik, mədəniyyət və ideoloji bölmələrdən ibarətdir. Muzeydə tarix və rəssamlıq dərnəyi fəaliyyət göstərir. Muzeyin Elmi şura və Satınalma komissiyası vardır. Muzeyin ümumi sahəsi 458.5 kv.m, ekspozisiya – sərgi sahəsi 204 kv.m, fond saxlama sahəsi 12 kv.m-dir. 2016-cı ilin son hesabatına əsasən muzeyə 14.400 nəfər tamaşaçı baxmışdır. 121 nəfər ekskursiya olmuşdur. Muzeydə 65 mühazirə söylənmişdir. Muzeydə və Muzeydə kənar 34 sərgi təşkil olunmuşdur.[3]
Muzeyin cəmi eksponatı 9498 ədəddir.