Sabir Əhmədov (şair)

Əhmədov Sabir Ağaqardaş oğlu (1954, Şamaxı rayonu28 iyun 1992) — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur.[1]

Sabir
Sabir Ağaqardaş oğlu Əhmədov
Təxəllüsü Sahil
Doğum tarixi
Doğum yeri Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Qırmızıbazar, Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olub
Təhsili Ali
İxtisası Azərbaycan dili və ədəbiyyatı müəllimi
Fəaliyyəti müəllim, döyüşçü
Əsərlərinin dili Azərbaycan dili

Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.[1] 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır.[1]

Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.[1]

Xatirəsinin əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
  • Doğulduğu Əngəxaran kəndindəki tam orta məktəbə onun adı verilmiş və məktəbin həyətində büstü ucaldılmışdır.
  1. 1 2 3 4 "Mən ölmədim, mən diriyəm". Bakı, "Müəllim" nəşriyyatı, 2007